Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Azərbaycanda iyulun 15-dən tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır
Xəbər verdiyimiz kimi, Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda köhnə 100 manatlıq əsginasların aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirilib.

Bildirilib ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
👍4
“Fars” agentliyi: İrana məxsus supertanker ABŞ-ın blokadasına baxmayaraq, Hörmüz boğazından keçərək İran sularına daxil olub.
👏104👎3❤‍🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-ın Oklahoma ştatında lisey direktoru məktəbə daxil olan silahlı şəxsin üzərinə atılaraq zərərsizləşdirib
👍291👏1
🇱🇧 İsrailin Beyrutun cənubuna hücumu

İsrail ordusu Beyrutun 20 km cənubunda yerləşən Saadiyat ərazisində iki nəqliyyat vasitəsinə hava hücumu həyata keçirib.

İsrail dronları sahil boyunca sıx bir magistral yolda nəqliyyat vasitələrini demək olar ki, eyni vaxtda hədəfə alıb.

İtki və ya yaralılarla bağlı hələlik heç bir məlumat verilməyib.
👎12👍41😡1
🇦🇲Həbsdə olan rusiyalı oliqarx Samvel Karapetyan Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını açıqladı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬143🤮2
⚡️ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Azərbaycana gəlib

● XİN-də keçirilən görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

● Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

● Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
👎84🤡21👍1😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dünən Bakıya yağan dolu paytaxtdakı şadlıq evlərindən birində keçirilən toy məclisində xoşagəlməz vəziyyət yaradıb.

Hadisə “Grace Hall” şadlıq evində baş verib.

Toy davam edən zaman zalın tavanından su axdığı əks olunub. Nəticədə qonaqlar çətin vəziyyətə düşüb.

Həmin görüntüləri təqdim edirik:
🤣8😱2👀1
🇦🇿Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

⚡️O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib:

"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir".
👍195🔥1
Media is too big
VIEW IN TELEGRAM
‼️Bakının Binəqədi rayonunda mebel sexinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
4
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.
3
🇱🇻🇦🇿Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir. (Report)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎6👍5
📺İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək. (APA)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3👍2
🚨🇺🇦🇷🇺Ukrayna Başqırdıstan Respublikasındakı (Rusiya) neft-kimya müəssisələrinə hücum edib

Bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz teleqram kanalında məlumat verib.
👍83👎2😁1
İrana məxsus daha bir gəmi ABŞ-ın dəniz blokadasını yararaq Hörmüz boğazından keçib.

“Fars” agentliyinin xəbərinə görə, ərzaq məhsulları ilə yüklü gəmi İmam Xomeyni adına limana doğru hərəkət edir.
15👎4🤬2😍2❤‍🔥1👌1🤡1
Azərbaycanla siyasi məsləhətləşmələr aparmaq üçün İsveçrə XİN-nin nümayəndə heyəti Bakıya gəlib
👍42👎2🤔1
Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı xəbərləri “uydurma” adlandırıb
2👌1