Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
🙏3
Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.

Xidmətin Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Emil Şolan təyin olunub.

Qeyd edək ki, Emil Fərhad oğlu Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.

Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb.
4
❗️Türkiyənin Antalya şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək

Toplantı 17-19 aprel tarixlərində baş tutacaq olan Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 2021-ci ildə keçirilən Forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə" adı altında olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail mediasının məlumatına görə, İslamabadda aparılan danışıqların pozulmasından sonra İsrail Hərbi Hava Qüvvələri ehtiyat planlar hazırlayıb.

Bu planlara əsasən, əgər qarşı tərəfin hərbi fəaliyyəti yenidən başlasa, İranın enerji infrastrukturu hədəf alına bilər.
🤮18👍14👎4😡2🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyanın Altay diyarında daşqınlar səbəbindən 340-dan çox ev su altında qalıb.
3😢1🙏1
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
❗️"Axios": ABŞ və İran arasında yeni danışıqlar aprelin 21-dək keçirilə bilər
👍2🙏21
✍️✍️✍️✍️✍️Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️Bakı Bulvarı ərazisindəki güllər yararsız hala salındı
Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək çiçəkliyi yararsız hala salan şəxslərin kimliyi müəyyənləşib.

Məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.

Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
👍17👌111👏1
❗️❗️❗️Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi"ni təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

- "Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 %-i;

- "Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 %-i;

- "General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5 %-i.

- digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar bu il iyunun 1-dən qüvvəyə minir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
Prezidentin yeni mətbuat katibi kimdir?

ƏTRAFLI :
https://axar.az/news/toplum/1081140.html
2
Ukrayna monitorinq kanallarının bildirdiyinə görə, pilotsuz uçuş aparatları Rusiyanın Vologda vilayətinin Çerepovets şəhərində yerləşən “Severstal” sənaye zonasına və “Apatit” kimya zavoduna hücum edib.
16👎2
Netanyahu: "İran qaydaları pozduğu üçün Tramp blokada tətbiq etmək qərarına gəlib və biz, əlbəttə ki, bu qəti mövqeyi dəstəkləyirik."
🤡1412👍2👎1
⚡️Emmanuel Makron:

· Hörmüz boğazı ilə bağlı çoxmillətli missiya yaradılacaq.

· Fransa yaxın günlərdə Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında keçidin təmin edilməsi ilə bağlı konfrans təşkil edəcək.

· Bu fəaliyyət tamamilə müdafiə xarakterli olacaq və münaqişə tərəflərindən ayrı şəkildə həyata keçiriləcək.
5👎5🤡2🤮1
🇦🇲Paşinyan: Azərbaycanla sülh Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍132