❗️Qubada DƏHŞƏT: qardaş-qardaşı bıçaqladı

Hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevə bıçaqla döş qəfəsindən xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇱🇭🇺 Polşanın Baş naziri Donald Tusk macar müxalifətinin lideri Peter Macara zəng edərək onu parlament seçkilərində qazandığı tarixi qələbə münasibətilə təbrik edib. Tusk bu hadisəni Macarıstanın "Avropa yoluna qayıdışı" kimi qiymətləndirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha qarşı əməliyyat keçirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livanın cənubunda keçirilən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri əsgərləri Hizbullahın İsrail əsgərlərinə qarşı terror fəaliyyətləri planlaşdırmaq və həyata keçirmək üçün istifadə etdiyi yeraltı tunel marşrutunu aşkar edərək məhv ediblər.
😡126👎1
İran ordusu: ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçid haqqı olmayacaq
15🤣4👏2❤‍🔥1
❗️Çin Xarici İşlər Nazirliyi:

Hörmüz boğazının təhlükəsizliyinin və sabitliyinin qorunması beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət edir.
9
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
🙏21👍1
💵 Ötən ay yaşa görə aylıq sosial müavinət alanların SAYI AÇIQLANDI

Cari ilin mart ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub. Bildirilib ki, onların 37.9%-ni kişilər, 62.1%-ni isə qadınlar təşkil edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskiyə OMON əməkdaşını avtomobillə vurması işi üzrə hökm oxunub.

● Şahin Şıxlinski bu epizod üzrə 9 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

● Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski isə həmin iş üzrə 8 il müddətinə ümumi rejimli koloniyaya məhkum olunub.

● Şahin Şıxlinksi martın 5-də 20 il əvvəl törədilmiş qətllərlə bağlı digər cinayət işi üzrə 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.

● Bu səbəbdən onun üçün yekun cəza 24 il müəyyənləşdirilib.
😡73🙏1😭1
İran Tehran, Təbriz və Məşhəd arasında dəmir yolu əlaqələrini bərpa edir.

Axar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

“Tehran və Təbriz, eləcə də Təbriz və Məşhəd arasında zədələnmiş dəmir yolu xətləri təmir edilib və dörd-beş günlük fasilədən sonra qatarların xidmətləri bərpa olunub.

Tehran-Təbriz-Van qatarı təmir olunmuş xətt üzrə Tehrandan Türkiyənin Van şəhərinə yola düşüb”, - məlumatda qeyd olunub.
11👍3🤬2🎉1
❗️Böyük Britaniyanın Baş naziri: ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokadaya qoşulmayacağıq, çünki bu, enerji qiymətlərinin daha da artmasına səbəb olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10🤬2
⚡️Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.
😱11🤣81
Türkiyənin XİN Hakan Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır
🤮11👍8
DİM: Dünən keçirilmiş buraxılış imtahanının nəticələri 6 həftə sonra elan olunacaq
🤣7👍2
Narahatlığa ehtiyac yoxdur, Azərbaycanda dağıdıcı zəlzələ olmayacaq.
Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, aprelin 8-də Xəzər dənizində orta güclü – 5.3 maqnitudalı zəlzələdən sonra həmin ərazidə parçalanma prosesi başlayıb:
“Bu günə qədər isə 500-dən çox xırda təkan davam edib. Bu gecə də 18 afterşok qeydə alınıb. Proses nəticəsində dərinlik qırılması boyunca həm eninə, həm də uzununa layların parçalanması davam edir. Parçalanmalar müxtəlif dərinliklərdə baş verdiyinə görə lay dəstələrinin kilometrlərlə qırılması müşahidə olunur. Bir tərəfdən sıxılma və parçalanma, digər tərəfdən isə genişlənmə təsiri baş verir və bu səbəbdən zəlzələlər meydana gəlir. Bu proses normaldır və bir müddət davam edəcək. Ola bilər ki, aralarında hiss olunan təkanlar da olsun, lakin bu, qorxulu deyil. Bu hal ərazidə seysmiklik fon səviyyəsinə düşənə qədər davam edə bilər. Bir daha qeyd edim ki, bu proses güclü və katastrofik zəlzələyə səbəb ola bilməz”.
4
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
🙏3
Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.

Xidmətin Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Emil Şolan təyin olunub.

Qeyd edək ki, Emil Fərhad oğlu Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.

Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb.
4
❗️Türkiyənin Antalya şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək

Toplantı 17-19 aprel tarixlərində baş tutacaq olan Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 2021-ci ildə keçirilən Forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə" adı altında olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3