Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
âś”
33K subscribers
37.7K photos
23K videos
8 files
33.2K links
Download Telegram
Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.

Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, “Aztəsərrüfat” MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.
❤4🤡2✍1
DİM: Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.
"Sülh Körpüsü" Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.
❤4👍3🤮1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yol nişanlarının tələblərinə əməl etməklə qəza iştirakçısı olmaya bilərsiniz.

Qaydalar sizin təhlükəsizliyiniz üçündür, əvvəlcə təhlükəsizliyinizdən əmin olun, daha sonra hərəkət edin.
👍4🤡1
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
👎6🙏5💔4🥴1
⚡️Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlayıb

Ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.

Təmir-bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥🇺🇦 Ukrayna ordusu Rusiyaya məxsus PUA-ları məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb
❤11👎4🎉4
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.

Bununla bağlı Azər Mursaqulov əmr imzalayıb.

Əmrə əsasən, Fərid İbadov DSK sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, F.İbadov bu təyinatadək Maliyyə Nazirliyində çalışıb.

Xatırladaq ki, A.Mursaqulov bu ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə DSK sədri təyin edilib. O, sədr təyinatından əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb.
🤡4❤3🤣1
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən fitness zallarında reyd keçirib.
❤3🤡1