Dünya bazarlarında neftin qiyməti ötən günlə müqayisədə yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 96,88 dollara, yüngül neft isə 97,39 dollara təklif edilir.
👍4
🇮🇷🇵🇰 İranın Pakistandakı səfiri: İran nümayəndə heyəti Baş nazir Şahbaz Şərifin dəvəti ilə İranın təklif etdiyi 10 bənd əsasında danışıqlar aparmaq üçün bu axşam İslamabada gəlir.
7🤓5👍3👏1
Azərbaycanda gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

Saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.

Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.

Report
1
Tramp:

“ABŞ-ın bütün gəmiləri, təyyarələri və hərbi personalı, əlavə sursat, silah və lazım olan digər vasitələrlə birlikdə, artıq xeyli zəiflədilmiş düşmənin ölümcül şəkildə məhv edilməsi məqsədilə İranın daxilində və ətrafında qalmağa davam edəcək — ta ki, REAL razılaşma tam şəkildə yerinə yetirilənədək.

Əgər hər hansı səbəbdən bu baş verməzsə — bu isə çox az ehtimallıdır — o zaman “atışma başlayacaq”, və bu, indiyə qədər görülməmiş dərəcədə daha böyük, daha güclü və daha təsirli olacaq.

Bu, çoxdan razılaşdırılıb və əksini iddia edən bütün saxta ritorikaya baxmayaraq — NÜVƏ SİLAHLARI OLMAYACAQ və Hörmüz boğazı AÇIQ və TƏHLÜKƏSİZ olacaq.

Bu arada bizim böyük ordumuz hazırlıqlarını tamamlayır və dincəlir, hətta növbəti qələbəsini səbirsizliklə gözləyir. AMERİKA GERİ QAYIDIB!”
🤡118👍3👎3🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Livanda İsrailin hücumlarından sonra ölənlərin sayı 254 nəfərə, yaralıların sayı isə 1 165-ə çatıb
🤬29👍7💔3😨3🙏1😭1
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,39 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları davam edir.

Axar.az xəbər verir ki, bu gün daha 3 matç baş tutacaq.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00. "Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə)

23:00. "Frayburq" (Almaniya) - "Selta" (İspaniya)

23:00. "Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə)

Qeyd edək ki, ötən gün Portuqaliyanın "Braqa" komandası evdə "Betis"lə (İspaniya) heç-heçə edib - 1:1.
1
Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatı ilə əlaqədar 14 nəfər haqqında saxlanılma qərarı verilib.
👏51
📢Bu səhər İranın bir neçə şəhərində partlayışlar baş verib.

Müxalifət kanalı olan “Iran International” İrandan olan şahidlərə istinadən dünən gecə və bu səhər Kərəc, Mehbad, Əhvaz, Şiraz və digər şəhərlərdə partlayışlar eşitdiklərini bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12🤬101👎1💔1
🇮🇷🇺🇸 İran Ordusu: ABŞ-ı atəşkəsi bizim şərtlərimiz əsasında qəbul etməyə məcbur etdik
🤣18❤‍🔥10🤡4👍3😁1😍1
Bu gün səhər saat 5 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Axar.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

Bildirilir ki, tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.
😢6🙏63👀1