Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
👍143
Səudiyyə XİN: ABŞ və İran arasındakı atəşkəsi alqışlayır və buna nail olmaqda Pakistanın səylərini yüksək qiymətləndiririk.
14👌2
"İSNA": İran parlamentinin sədri cümə günü Pakistanda danışıqlar aparacaq nümayəndə heyətinə başçılıq edəcək.
⚡️İsrail ordusu İrana qarşı hücumları dayandırdığını, lakin Livandakı Hizbullaha hücumlarını davam etdirəcəyini bildirib.
👍6😡6👎1
⚡️Baş Prokurorluq: Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır
🙏5
Media is too big
VIEW IN TELEGRAM
Qubanın Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsindən sonra yaranmış vəziyyət.
🙏52
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️⚡️Ukraynanın İzmail limanına PUA-larla zərbələr endirilir.

Bu barədə Axar.az-a hücuma şahidlik edən dənizçilər məlumat və görüntü təqdim edib.

Onların sözlərinə görə, hücum nəticəsində bir neçə yük gəmisi vurulub. Sözügedən gəmilərdə yanğın başlayıb.

Türkiyəli heyətin idarə etdiyi gəmi vaxtında kənara çəkildiyi üçün hücumdan qurtulub.

Hazırda hücumun davam etdiyi qeyd edilir.
6🤬4
"İran Qətər dövlətinin İran hücumları nəticəsində məruz qaldığı bütün zərərlərə görə təzminat ödəməlidir".

- Qətər XİN
13🤡8👍2🤣2
⚡️Çinin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan hərtərəfli həll yolu tapmaq barədə razılığa gəlib.
9👏2
Bakıda Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin təkbətək görüşü keçirilib
12👍5🤮2🤬1
🇨🇳🇵🇰🇦🇫 Çinin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan hərtərəfli həll yolu tapmaq barədə razılığa gəlib.
👍162
⚠️ Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
4
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
🙏43