This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyənin Kanal D televiziyasında yayımlanan “Eşref Rüya” serialında Kadir Baba rolunu canlandıran Görkem Sevindik fələstinli məhbuslarla bağlı paylaşım edib.

O, paylaşımında İsrailin edam cəzası barədə qərarına etiraz edib. Bu paylaşım, serialın geniş auditoriyası olan İsraildə böyük ajiotaj yaradıb. İsrailin milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir, Sevindiyi hədəf alaraq, "Eşref Rüyadan Kadir. Sən heç vaxt Kadir Baba olmayacaqsan. Biz İsraildə yaşayırıq. Sən elə türk serialında rol alarsan. Ölüm cəzası artıq terrorçular üçün qüvvədədir" - deyə bildirib.

Qeyd edək ki, İsrail parlamenti fələstinli məhbuslar üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan mübahisəli qanun layihəsini qəbul edib.
😡13🤡84👍1
“Axios”: Araqçi SEPAH-ın komandirlərini ABŞ-la atəşkəs razılaşmasına məcbur edib

Yazıda qeyd olunub ki, Türkiyə və Misirin xarici işlər nazirləri də ABŞ-la İran arasında körpülərin qurulmasında iştirak ediblər və bazar ertəsi gecəyə qədər artıq ABŞ-ı iki həftəlik atəşkəs razılaşmasına inandıra biliblər. Bundan sonra isə əsas qərar İranın Ali Rəhbərindən asılı olub.

Bildirilib ki, İsrail tərəfindən sui-qəsdə məruz qalmaq ehtimalına görə, Xamenei iranlı rəsmilərlə yazılı formatda əlaqə saxlayıb.

Çin də İranı müharibəni dayandırmağa çağırıb.

Mənbələr vurğulayıb ki, bütün bunlara baxmayaraq, Xameneinin icazəsi olmadan razılaşma baş tuta bilməzdi.
8🤡3
Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.
12
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
👍143
Səudiyyə XİN: ABŞ və İran arasındakı atəşkəsi alqışlayır və buna nail olmaqda Pakistanın səylərini yüksək qiymətləndiririk.
14👌2
"İSNA": İran parlamentinin sədri cümə günü Pakistanda danışıqlar aparacaq nümayəndə heyətinə başçılıq edəcək.
⚡️İsrail ordusu İrana qarşı hücumları dayandırdığını, lakin Livandakı Hizbullaha hücumlarını davam etdirəcəyini bildirib.
👍6😡6👎1
⚡️Baş Prokurorluq: Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır
🙏5
Media is too big
VIEW IN TELEGRAM
Qubanın Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsindən sonra yaranmış vəziyyət.
🙏52
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️⚡️Ukraynanın İzmail limanına PUA-larla zərbələr endirilir.

Bu barədə Axar.az-a hücuma şahidlik edən dənizçilər məlumat və görüntü təqdim edib.

Onların sözlərinə görə, hücum nəticəsində bir neçə yük gəmisi vurulub. Sözügedən gəmilərdə yanğın başlayıb.

Türkiyəli heyətin idarə etdiyi gəmi vaxtında kənara çəkildiyi üçün hücumdan qurtulub.

Hazırda hücumun davam etdiyi qeyd edilir.
6🤬4