Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 12 yaralı var
👎10🤬2
🎆 Jackie Chan 72 yaşını qeyd edir!

Jackie Chan 7 aprel 1954-cü ildə Honq Konqda anadan olub.

O, aktyor, rejissor, prodüser və döyüş ustası kimi tanınır. Xüsusilə döyüş janrında çəkilən filmlərdə həm yumoru, həm də təhlükəli səhnələri özü canlandırması ilə məşhurlaşıb.

Jackie Chan uzun illərdir kino sənayesində fəaliyyət göstərir və bu gün də aktiv olaraq yeni filmlərdə rol alır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍27👏52👌1
🔥 Göygöldə bitişik evlərdəki yanğın zamanı xəsarət alan qadının son vəziyyəti AÇIQLANDI

Göygöl rayonunda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Hipertoniya və üzün yanığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏6
Ukrayna Rusiyanın neft sənayesinə növbəti dəfə zərbə endirib.

Bu gün səhər saat 05:00 radələrində Leninqrad vilayətində yerləşən Ust-Luqa dəniz limanı PUA hücumuna məruz qalıb. Hücumun qarşısını almaq üçün təcili tədbirlər görülüb, liman əməkdaşları və fövqəladə xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, Ukrayna ordusu bu limanı daha əvvəl də bir neçə dəfə hədəfə alıb.
👍131
Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zelenski: Prezident Ərdoğanla bu görüş indiyə qədərki ən müsbət görüşlərdən biri idi.

Türkiyə ilə birlikdə işləmək bizə enerji təhlükəsizliyi və logistika təhlükəsizliyi verir.
👏182🤣2🤡1
Baş Dövlət Yol Polisi İdarəsi:

● Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb.

● Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

● Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub.

● Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
😱7🙏42
🔴 Məşhur ABŞ-ın reper Ofset (əsl adı Kiari Kendrell Sifus) Florida ştatındakı bir kazinonun qarşısında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib.

Hadisə ötən bazar ertəsi kazino dayanacağında baş verib. Hadisə yerinə gələn polis vəziyyəti nəzarətə götürüb. İki nəfər saxlanılıb.

Qeyd olunur ki, reper həyat üçün təhlükə yaratmayan xəsarətlər alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🏡Xocavənd şəhərinə daha 33 ailə yola salınıb

Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.

Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.
10👍3
🇮🇷🇮🇱 İsrail ordusu Şiraz bölgəsində İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından birini bombalayıb
13👎10👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya Ukraynada meriya binasını vurdu
👎9❤‍🔥21
⚡️Maliyyə Nazirliyi:

● Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

● Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.
3