Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
🙏65👍1
Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
13. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
15. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıxanov qəsəbəsində yaşayış evi çöküb, xəsarət alan var.

Torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızı müxtəlif dərəcəli xəsarətlər alaraq dağıntı altında qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
🙏8😢32
Dünya bazarlarında neftin qiyməti ötən günlə müqayisədə bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 111,70 dollara, yüngül neft 116,44 dollara təklif edilir.
💣Tehranın Mehrabad hava limanı gecə hava hücumlarından sonra
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👎4
❗️FHN: İntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir
3
Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubişi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Asmin Atabek qızı Yunisova xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.
🙏5😢21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
🤬5🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ÇAXAL "Hizbullah"ın silah ehtiyatlarını dağıdıb
18👎7👍5
UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Axar.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

23:00. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.
👍31
Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq tapılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.

Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.
8🙏6😁1👌1😨1