Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb

Təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülər yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd edirlər.

"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir"
👎138👍7
Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
4
❗️Yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəldi

Ağdamda 17 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil ağaca çırpılıb. Qəza nəticəsində 18 yaşlı sərnişin Cavid Musayev xəstəxanada həyatını itirib. Hadisə sürücülük hüququ olmadan sükan arxasına keçməyin ağır nəticələrini bir daha göstərib.
👎112😭2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən il Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticənən motosiklet qəzasına dair məhkəmə prosesi başa çatıb.

Məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti sürücülük vəsiqəsi olmadan idarə edib.

Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km sürətdən artıq sürətlə idarə etdiyi qeyd edib. Onun sözlərinə görə, Həbib İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıyıb və onunla evlənmək fikrində olub.

İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyulunda qeydə alınmışdı.
5🙏1
✔️Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi: Hörmüz boğazı ərazisində gəmimiz yoxdur
12🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrailin Livana hücumları davam edir
🤬1312👍2👎2😡1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
NATO Türkiyənin Adana şəhərində yerləşən İncirlik aviabazasına "Patriot PAC-3" hava hücumundan müdafiə sistemləri yerləşdirib.
🇹🇷 Türkiyə MN: Adanada yerləşdirilmiş mövcud İspaniyaya məxsus "Patriot" sisteminə əlavə olaraq, Almaniyadan göndərilən daha bir "Patriot" HHM sistemi Adanaya yerləşdiriləcək.
17
⚡️İsrail Müdafiə Naziri: Bu gün İran və "Hizbullah"a qarşı yeni sürprizlər olacaq
🤬14🏆12🤡7👍62👎2
🇦🇿🇦🇲Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana bir növ malın tədarükünün təşkili barədə danışıqlar aparırlar, - İqtisadiyyat naziri Gevorq Papoyan
7👎4😡1
🔴Əli Laricaninin yaşayış yerinin bombalanmasından sonra yayımlanan ilk görüntüsü - İran KİV
👍35😢23💔41😭1
🇦🇿🇹🇷 Azərbaycan XİN: Çanaqqala şəhidlərinin xatirəsini dərin ehtiramla yad edirik
40🙏3
🔴İran Laricaninin öldürülməsinə görə Ben Qurion hava limanında İsrailin yanacaqdoldurma təyyarələrinə hücum edib.
👎13🎉11👍5🤣4❤‍🔥3
Netanyahu və Katz orduya onlardan icazəsiz İranın istənilən yüksək rütbəli rəsmisini öldürməyə razılıq verib
👍27🤮16🤡31👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Kərəc şəhərində yerləşən Şəhid Dolati neft bazasında ən azı beş neft anbarı dağılıb. Bu barədə Soar tərəfindən yayımlanan peyk görüntüləri xəbər verir.
💔106👍1😭1