Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb

"Kanal, 12"
👍27👎218
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb "Kanal, 12"
İranın kəşfiyyat naziri İsmayıl Xətib də ötən gecə öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İranın müxalifət mediası məlumat yayıb.

Məlumata görə, Xətib İsrail ordusunun İrana gecə saatlarında hücumu zamanı öldürülüb.

Qeyd edək ki, Xətibin ölümünün hələlik rəsmi təsdiqi yoxdur.
19👍7😭6💔3👌2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının komandirlərindən birini zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hava zərbəsi nəticəsində hərəkatın maddi-texniki təchizat (logistika) bölməsində komandir olan Yəhya Əbu Ləbdanin öldürüldüyü bildirilir.

IDF-in bildirdiyinə görə, Əbu Ləbda HƏMAS-ın hərbi qanadının hərbi avadanlıqlar və silahlarla təchizatına, eləcə də nəqliyyat məsələlərinə cavabdeh idi.

“Əbu Ləbda HƏMAS-ın istehsal müəssisələrinə dəstək məqsədilə raket istehsalına lazım olan tonlarla xammalın və yüksək texnologiyaları elektron komponentlərin daşınmasına rəhbərlik edib”, -deyə IDF-in məlumatında qeyd olunub.
13👎13👍6🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail ordusu "Hizbullah"ın mövqelərinə zərbə endiirb
👍18👎15🤬31💔1
Sosial şəbəkələrdə “Swiss Energy” markalı C vitamini fışıldayan tabletlərinin istifadəsi ilə bağlı təlimatda ziddiyyət olduğu iddiaları müzakirələrə səbəb olub. Paylaşımlarda məhsulun üzərində ingilis dilində “Not suitable for children under 14 years” (14 yaşdan aşağı uşaqlar üçün uyğun deyil) ifadəsinin yer aldığı, lakin Azərbaycan dilində təlimatda “4–14 yaş arası uşaqlar: gündə 1 tablet” kimi göstərildiyi bildirilir.
🤬245
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
3
İsrail KİV: İran Birləşmiş Ərəb Əmirliklərində Avstraliya hərbçilərinin yerləşdiyi bazaya hava hücumu edib
👎95🤔2
Son iki ayda ümumilikdə 47 milyon 855 min manat dəyərində narkotik və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
👍103
Ramazan və Novruz bayramları ilə əlaqədar martın 20-29-da ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Axar.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
6👎4👍2
Tramp administrasiyası hesab edir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla Ukrayna müharibəsinə son qoymaq Çinin qlobal təsirini zəiflədə bilər.

Məqsəd, iqtisadi əlaqələr kimi stimullar vasitəsilə Rusiyanı ABŞ-a yaxınlaşdıraraq, güc balansını Çindən uzaqlaşdırmaqdır

Mənbə: POLITICO
👎135🤨1
NATO Türkiyənin Adana şəhərində yerləşən İncirlik aviabazasına "Patriot PAC-3" hava hücumundan müdafiə sistemləri yerləşdirib.
17👎7
Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb

Təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülər yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd edirlər.

"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir"
👎138👍7
Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
4
❗️Yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəldi

Ağdamda 17 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil ağaca çırpılıb. Qəza nəticəsində 18 yaşlı sərnişin Cavid Musayev xəstəxanada həyatını itirib. Hadisə sürücülük hüququ olmadan sükan arxasına keçməyin ağır nəticələrini bir daha göstərib.
👎112😭2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən il Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticənən motosiklet qəzasına dair məhkəmə prosesi başa çatıb.

Məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti sürücülük vəsiqəsi olmadan idarə edib.

Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km sürətdən artıq sürətlə idarə etdiyi qeyd edib. Onun sözlərinə görə, Həbib İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıyıb və onunla evlənmək fikrində olub.

İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyulunda qeydə alınmışdı.
5🙏1
✔️Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi: Hörmüz boğazı ərazisində gəmimiz yoxdur
12🙏1