Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Netanyahu iranlıları Novruz bayramı münasibətilə təbrik etdi.

"Cəsur İran xalqına, hər il olduğu kimi, İşıqlar Festivalı ilə başlayan bayram mövsümündə sizə xoşbəxtlik arzulayıram. Bu, İran xalqının işığın qaranlığa qalib gələcəyinə, xeyirin şərə qalib gələcəyinə qədim inamını ifadə edir".
🤣2320🤬9🤮7👍5🤡4👎1🕊1
Mənim cənab Uitkoff ilə son əlaqəm onun rəhbərinin İrana qarşı qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarından əvvəl olub.

Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

“Bunun əksini iddia edən hər hansı bəyanat yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmağa yönəlmiş kimi görünür”, - o bildirib.

Qeyd edək ki, “Axios” ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Arakçı arasında birbaşa əlaqə kanalının yenidən bərpa olunduğu haqda məlumat yayıb.
5
“Xaliq Faiqoğlu” şirkətinə məxsus bəzi avtobuslarda qapı hissəsində quraşdırılan texniki cihaz sosial şəbəkələrdə və sərnişinlər arasında maraq doğurub. Cihazın kamera, yoxsa sərnişin sayğacı olması ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sözügedən cihaz kamera deyil.

“Bu cihaz adi fənərdir. Gecə vaxtı qapılar açılan zaman sərnişinlərin rahat düşüb-minməsi üçün quraşdırılıb. Kamera funksiyası yoxdur.
Ön qapıda bəzi avtobuslarda sərnişin sayan ayrıca cihaz planlaşdırılmışdı, amma hazırda tətbiq edilmir. Ümumilikdə isə böyük tutumlu avtobuslarda salon daxilində 6 ədəd kamera olur”, - o qeyd edib.
Şirkət rəsmisi əlavə edib ki, sərnişin sayğaclarının tətbiqi ilə bağlı gələcəkdə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail Ordusu açıqlayıb ki, İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin baş qərargahı vurulub. Hava hücumu Tehranın şərqində yerləşən hərbi kompleksdə həyata keçirilib. Qərargah uzun illər yüksək rütbəli komandirlərin İsrail və digər ölkələrə qarşı dənizdə terror əməliyyatlarını idarə etməsi üçün istifadə olunub. Hücum qüvvələrin fəaliyyətinə ciddi zərbə vurub və beynəlxalq gəmiçilik azadlığını hədəf alan planları zəiflədib.
17👍9🤬8👎1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Baş redaktorun ATƏT-də biabırçı çıxışı
🤣38👀2😡1
Bu gün Milli Məclisin yaz sessiyasi üzrə növbəti plenar iclası keçirilir.
🤮1011🐳1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Baş redaktorun ATƏT-də biabırçı çıxışı
“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər ATƏT-də biabırçı çıxışı ilə gündəmə gəlib.

Axar.az Haqqın.az-a istinadla xəbər verir ki, Aqil Ələsgər çıxışını kağızdan bərbad rus dilində oxuyub, ona həm ingilis, həm də rus dillərində müraciət edən moderatorun özünü təqdim etmək xahişlərini isə başa düşməyib.

Çıxışını bitirdikdən sonra moderator xahişi təkrarlasa da, Aqil Əlsəgər cavab verməyib, əvəzində səssizcə gülümsəyib.

Ələsgərdən cavab almaqdan əlləri üzülən moderatorlar növbəti natiqə keçiblər.
😁174🤡4🤮3🤣2👎1😡1
🔴İsrail ordusu Tehran, Şiraz və Təbrizə eyni anda hücum edib

Hücumların hədəfləri İran kəşfiyyat qərargahları, hava hücumundan müdafiə sistemləri, dronların və ballistik raketlərin saxlanması və buraxılması üçün istifadə edilən obyektlər idi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18🤬11👍3👎1😡1
FIFA referisi Əliyar Ağayev İngiltərə klubunun iştirakı ilə keçiriləcək qarşılaşmaya təyinat alıb

O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsinnin AEK (Larnaka, Kipr) – "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə hesab açılmayıb.
👏91👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
100 yaşı olan nənənin doğum günü videosu❤️
29🤣11👍5🙏1👌1
Tehranda narahat gecə

Keçən gecə Tehran şəhərində İsrail və ABŞ hava hücumları davam edib. Şəhər boyu hökumət və hərbi obyektlər hədəfə alınıb.

Təhrənpars, Narmak, Kolhak, Rudəhen, Ozgol, Təcriş, Saadat-Abad və digər rayonlarda güclü partlayışlar qeydə alınıb.

Sakinlər ardıcıl zərbələr, təyyarə uçuşları və raket səsini eşidib, binalar və pəncərələr silkələnib.

Şəhərin şimal, şərq, cənub və qərb hissələrində onlarla partlayış olub, bəzi ərazilərdə tüstü və yanğınlar müşahidə edilib.

Səhərə yaxın Kərəc/Həştqərd və Pərdisdə əlavə partlayışlar qeydə alınıb.

Tehranda vəziyyət gərgindir.
👍12🤬9👎1😢1