Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
🚄 ADY 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.
8👍4🤮1
Hava hücumundan müdafiə sistemləri son iki sutka ərzində Moskvaya yaxınlaşan 250 PUA-nı zərərsizləşdirib.
👎42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
BƏƏ-nin Füceyrə limanında şiddətli partlayışlar baş verib
👍103🔥3🤬1
⚡️⚡️Karantin rejimi 1 iyula qədər uzadıldı
🤣43🤬8👍7🤡42
Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

Bu barədə Axar.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

“Qazılar Şurasının Fitvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib.
5
📢📢📢İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə İranın ali lideri Əli Xameneiyə məxsus təyyarəyə zərbə endirildiyini açıqlayıb.

Bildirilir ki, müharibənin əvvəlində öldürülən liderə aid olduğu iddia edilən təyyarə məhv edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16🤬14👎32🤮1😡1
ABŞ-İsrail qüvvələri İranın Mərkəzi əyalətinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində ən azı 5 nəfər ölüb, yeddi nəfər yaralanıb.

Birinci hücumda Arak şəhərini əhatə edən yaşayış məntəqəsinə zərbə endirilib və ən azı dörd nəfər həlak olub. İkinci hücumda isə Məhəllət şəhərindəki yaşayış binasına zərbə endirilib, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Hesabatda ölənlərin sayının arta biləcəyi ehtimalı olduğu bildirilir.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.
10👎10😡5🤮1
Rusiyada işləməyə gedən Astara sakini cəbhəyə göndərilib.

▪️Astara rayonunun Maşxan kənd sakini 1991-ci il təvəllüdlü Elvin Həsənov Rusiyaya işləmək məqsədilə getsə də, sonradan müəmmalı şəraitdə həmin ölkənin ordu sıralarına cəlb olunaraq cəbhə xəttinə göndərilib.

▪️Yaxınlarının bildirdiyinə görə, o, cəbhəyə göndərildikdən sonra ilk döyüşlərdən birində itkin düşüb. Artıq üç aydır ki, Elvin Həsənovdan hər hansı məlumat almaq mümkün olmayıb. Ailə üzvləri onunla bağlı müvafiq qurumlara müraciət ediblər.

APA
🤔94🙏4
✍️✍️✍️✍️✍️Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👍5🤡31🤮1
‼️Sabunçuda 53 yaşlı qadın doğuş zamanı ölüb

Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb.

O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar aparılır.
🙏3💔3🤔2🥴1
🔴Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
6👍1
Neftçalada 1989-cu il təvəllüdlü Lətafət İnqilab qızı Abbasova dəm qazından zəhərlənərək ölüb.

Axar.az xəbər verir ki, hadisə onun yaşadığı evdə baş verib.

Faktla bağlı araşdırma aparılır.
🙏11😢53
🌡☀️ Sabah 17 dərəcə isti olacaq

Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-13° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👍3
Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.
10🙏9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 ABŞ və İsrail Tehrana hava zərbələri endirir
👎19👍153😡2🤬1🤮1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🚨 ABŞ və İsrail Tehrana hava zərbələri endirir
İsrail Hərbi Hava Qüvvələri hazırda eyni vaxtda Tehran, Şiraz və Təbrizdə İranın infrastrukturuna qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.
👎15👍133🤮2😡2
Media is too big
VIEW IN TELEGRAM
İranın “Doğru vəd 4” əməliyyatı çərçivəsində raket buraxılışının görüntüləri yayılıb.

Məlumata görə, görüntülər Khabar Fouri tərəfindən paylaşılıb. Sabereen News bildirir ki, zərbələr ABŞ-ın Əl-Dafra və Şeyx-İsa aviabazalarına, həmçinin Əl-Cuffair hərbi-dəniz bazasına endirilib.

Eyni zamanda Təl-Əvivdə havada yanacaq doldurma bazaları və Ben-Qurion hava limanı da hədəf alınıb.
23👎7👏5👍2🔥1