Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
❗️Bu həftə Azərbaycanda 11 günlük tətil başlayır - 20-30 mart tarixlərində qeyri-iş günü olacaq. 31 mart bayramdan sonra ilk iş günü olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👌2🤮1
Türkiyə XİN: Rusiya tərəfindən Ukraynanın Krım MR-nı qanunsuz referendumdan sonra ilhaqını tanımadığımızı bir daha vurğulayırıq

Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edən Türkiyə yarımadadakı hadisələri, xüsusən də Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və gündəmdə saxlamağa davam edəcək.
26
İlbər Ortaylının ölümündən öncə Altaylıdan son xahişi

Mənə zəng edib dedi ki, əməliyyat olunacağam, ondan əvvəl bir veriliş çəkək.

Kult.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fateh Altaylı mərhum professor, tarixçi İlbər Ortaylının vəfatı ilə bağlı qeyd edib.

“Mən isə hələ veriliş çəkmədiyimi və xəstəxanadan çıxdıqdan sonra çəkə biləcəyimi bildirdim. Niyə əməliyyatdan əvvəl çəkmək istədiyini anlayırdım.

Daha sonra dedi ki, çək, sonra yayımlayarsan, Cəlala de, o da gəlsin. Cəlal Şəngörə zəng etdim. “İlbərin əmri baş üstünə” dedi.

Əslində bu, vida verilişi idi. Çəkdik, hələ yayımlamamışıq”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, İlbər Ortaylı 13 mart 2026-cı ildə 78 yaşında vəfat edib.
16👍6🙏2
❗️❗️Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilib

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.
4🤡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xarkovda yaşayış binasına “Şahid” dronu düşüb. Şəhər PUA-ların kütləvi atəşi altındadır
😡13👍1
⚠️Xəzər dənizində 3,1 bal gücündə zəlzələ olub.
5🙏5👍2
🇦🇪 Əbu-Dabi Media Ofisi bildirir ki, əl-Bahia bölgəsində avtomobilin üzərinə raket düşməsi nəticəsində bir Fələstinli mülki şəxs həlak olub.
3🤡2
Ərəbistan səmasında üç İran dronu vuruldu
11👎8
🚄 ADY 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.
8👍4🤮1
Hava hücumundan müdafiə sistemləri son iki sutka ərzində Moskvaya yaxınlaşan 250 PUA-nı zərərsizləşdirib.
👎42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
BƏƏ-nin Füceyrə limanında şiddətli partlayışlar baş verib
👍113🔥3🤬1
⚡️⚡️Karantin rejimi 1 iyula qədər uzadıldı
🤣46🤬8👍7🤡52
Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

Bu barədə Axar.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

“Qazılar Şurasının Fitvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib.
5
📢📢📢İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə İranın ali lideri Əli Xameneiyə məxsus təyyarəyə zərbə endirildiyini açıqlayıb.

Bildirilir ki, müharibənin əvvəlində öldürülən liderə aid olduğu iddia edilən təyyarə məhv edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍19🤬15👎32🤮1😡1
ABŞ-İsrail qüvvələri İranın Mərkəzi əyalətinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində ən azı 5 nəfər ölüb, yeddi nəfər yaralanıb.

Birinci hücumda Arak şəhərini əhatə edən yaşayış məntəqəsinə zərbə endirilib və ən azı dörd nəfər həlak olub. İkinci hücumda isə Məhəllət şəhərindəki yaşayış binasına zərbə endirilib, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Hesabatda ölənlərin sayının arta biləcəyi ehtimalı olduğu bildirilir.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.
12👎12😡5🤮1
Rusiyada işləməyə gedən Astara sakini cəbhəyə göndərilib.

▪️Astara rayonunun Maşxan kənd sakini 1991-ci il təvəllüdlü Elvin Həsənov Rusiyaya işləmək məqsədilə getsə də, sonradan müəmmalı şəraitdə həmin ölkənin ordu sıralarına cəlb olunaraq cəbhə xəttinə göndərilib.

▪️Yaxınlarının bildirdiyinə görə, o, cəbhəyə göndərildikdən sonra ilk döyüşlərdən birində itkin düşüb. Artıq üç aydır ki, Elvin Həsənovdan hər hansı məlumat almaq mümkün olmayıb. Ailə üzvləri onunla bağlı müvafiq qurumlara müraciət ediblər.

APA
🤔94🙏4