Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.8K photos
22.2K videos
8 files
32.9K links
Download Telegram
İDF Livandakı əməliyyatdan görüntülə yayıb
🤬195👍2👎2🤮1😡1
Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb.

Dövlər İmtahan Mərkəzindən (DİM) Axar.az-a verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, qəbul imtahanında iştirak üçün bu gündən başlayan qeydiyyat prosesi aprelin 29-dək davam edəcək.
9🎉3👍1
❗️Bu həftə Azərbaycanda 11 günlük tətil başlayır - 20-30 mart tarixlərində qeyri-iş günü olacaq. 31 mart bayramdan sonra ilk iş günü olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👌2🤮1
Türkiyə XİN: Rusiya tərəfindən Ukraynanın Krım MR-nı qanunsuz referendumdan sonra ilhaqını tanımadığımızı bir daha vurğulayırıq

Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edən Türkiyə yarımadadakı hadisələri, xüsusən də Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və gündəmdə saxlamağa davam edəcək.
26
İlbər Ortaylının ölümündən öncə Altaylıdan son xahişi

Mənə zəng edib dedi ki, əməliyyat olunacağam, ondan əvvəl bir veriliş çəkək.

Kult.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fateh Altaylı mərhum professor, tarixçi İlbər Ortaylının vəfatı ilə bağlı qeyd edib.

“Mən isə hələ veriliş çəkmədiyimi və xəstəxanadan çıxdıqdan sonra çəkə biləcəyimi bildirdim. Niyə əməliyyatdan əvvəl çəkmək istədiyini anlayırdım.

Daha sonra dedi ki, çək, sonra yayımlayarsan, Cəlala de, o da gəlsin. Cəlal Şəngörə zəng etdim. “İlbərin əmri baş üstünə” dedi.

Əslində bu, vida verilişi idi. Çəkdik, hələ yayımlamamışıq”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, İlbər Ortaylı 13 mart 2026-cı ildə 78 yaşında vəfat edib.
16👍6🙏2
❗️❗️Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilib

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.
4🤡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xarkovda yaşayış binasına “Şahid” dronu düşüb. Şəhər PUA-ların kütləvi atəşi altındadır
😡13👍1
⚠️Xəzər dənizində 3,1 bal gücündə zəlzələ olub.
5🙏5👍2
🇦🇪 Əbu-Dabi Media Ofisi bildirir ki, əl-Bahia bölgəsində avtomobilin üzərinə raket düşməsi nəticəsində bir Fələstinli mülki şəxs həlak olub.
3🤡2
Ərəbistan səmasında üç İran dronu vuruldu
11👎8
🚄 ADY 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.
8👍4🤮1