❗️Britaniyanın Dəniz Ticarəti İdarəsi: Bir yük gəmisi Hörmüz boğazında naməlum obyekt tərəfindən hədəf alınıb və alovlanıb.
4
❗️ Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Algeti–Sadaxlo avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq tenderləri ləğv edib.

Sənədlərdə tenderlərin ləğv edilməsinin əsas səbəbi kimi satınalmalarda rəqabətin aşağı olması göstərilib.
👍41👎1
Türkiyənin Dənizli vilayətində 4 bal gücündə zəlzələ olub.
🙏81
Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Ermənistanı qarışdıran XƏRİTƏ
13👎1
İran Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda ABŞ-la mümkün danışıqlar üçün şərtlərini irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, Tehran yalnız bir sıra tələbi yerinə yetiriləcəyi təqdirdə əlavə addımları müzakirə etməyə hazır olduğunu bildirib:

“İranın şərtlərinə müharibənin yenidən başlamamasına dair ABŞ-ın təhlükəsizlik zəmanətləri, İranın tam nüvə yanacaq dövriyyəsini inkişaf etdirmək hüququ və hərbi əməliyyatların nəticələrinə görə kompensasiya daxildir”.
10😁5👍3
İsrail ordusu səhər saatlarında Beyrutun qərbindəki yaşayış binasındakı mənzilə zərbə endirib

Səudiyyə kanalı Al-Hadath-ın məlumatına görə, zərbə “Cəməət əl-İslamiyə” təşkilatının, yəni “Müsəlman Qardaşları”nın filialının üzvlərinə yönəldilib. Hadisə nəticəsində dörd nəfər həlak olub.
😡9🤬32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sürücülük hüququ olmayan gəncin sükan arxasına keçməsi faciə ilə nəticələndi.
🙏6😭4
⚡️🇮🇱🇮🇷 İsrail Təcili Yardım Xidmətinin məlumatına görə, ötən gecə İranın raket hücumları zamanı 29 israilli yaralanıb.
👍20❤‍🔥2😁2🎉2
Ukrayna Müdafiə Nazirliyi bildirib ki:

Rusiyaya qarşı Ukraynada 1460 gündən çox müddətdə Patriot sistemləri təxminən 600 ədəd ələkeçirici raket buraxıb.

Lakin İrana qarşı cəmi 3 gün ərzində təxminən 800 ədəd ələkeçirici raket istifadə olunub.
😁123😡3
⚡️İran ABŞ bazalarına 2 tonluq döyüş başlığı daşıyan "Hürremşehr" raketləri atıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21👍5👌5👎4👏2
🇮🇷🇨🇳 Müharibə başlayandan bəri İran Hörmüz boğazında tankerlərin hərəkətində problem və ciddi risklərin olmasına baxmayaraq, boğaz vasitəsilə Çinə 11 milyon bareldən çox neft ixrac edib.
17👍3👏2
⚡️Azərbaycanda 3 kəndin adı dəyişir:

🟢Quba rayonu Vladimirovka kəndi ➡️ Elbir kəndi
🟢Alekseyevka kəndi ➡️Çinarlı kəndi
🟢Timiryazev kəndi ➡️Bəhrəli kəndi adlandırılacaq.
👍465
Media is too big
VIEW IN TELEGRAM
NATO mümkün İran raket təhdidlərinə qarşı müdafiəyə kömək etmək üçün Türkiyənin Malatya şəhərinə Patriot hava hücumundan müdafiə sistemi yerləşdirir.

Sistem Almaniyadakı Ramştayn aviabazasından hava yolu ilə hissələr şəklində gətirilərək Kürecik radar bazası yaxınlığında quraşdırılacaq.

Mənbə: NTV.
14🤡3👎2