Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.4K photos
21.7K videos
8 files
32.7K links
Download Telegram
⚡️Albaniyanın Baş naziri Edi Rama:

Azərbaycan ərazisinə edilən hücum, mülki infrastrukturu hədəfə alması və nəticədə insanların yaralanması İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktıdır.
35🤡3👍2👎1
⚡️Tokayev İranın PUA-larının Naxçıvana hücumunu qətiyyətlə pisləyib
40🤡3👎1
⚡️⚡️⚡️⚡️⚡️İlham Əliyev: Hazırda vəziyyət tam nəzarət altındadır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44🤡3
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını kəskin şəkildə pisləyib.

Bu barədə İƏT-in bəyanatında bildirilib.

"Baş Katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir, bu Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Baş Katiblik Azərbaycanla tam həmrəyliyini təsdiqləyir və suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındadır", - məlumatda bildirilib.
Baş Katiblik həmçinin gərginliyin artmasına və regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək bu cür təxribat xarakterli hərəkətlərin dərhal dayandırılmasına çağırıb.
Təşkilat vurğulayıb ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur və mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.
18👍1🤡1
🇺🇸Tramp: İnsanlar baş verənləri sevirlər... Kuba da süqut edəcək.
😁154🤡3🤬2👍1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Tehranda güclü partlayışlar baş verir
👍29👎4🤡4
⚡️Ərdoğan: İranın bölgədəki bir sıra ölkələrə raket və dron hücumları müharibənin geniş coğrafiyaya yayılma riskini ortaya qoyur
23🤮5🤡2
🇬🇪🇦🇿İrakli Kobaxidze İlham Əliyevə zəng edib.

İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21👍4🤡2👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Molla rejiminin Azərbaycandakı qulları Ətraflı : https://axar.az/news/toplum/1069047.html
İrandakı molla rejiminin Azərbaycana qarşı nankor və riyakar siyasəti təəccüblü deyil. Eyni rejim 44 günlük müharibədə Ermənistana aktiv şəkildə dəstək verirdi, müharibədən sonra Ermənistan sərhədini “qırmızı xətt” elan etdi. Azərbaycan sərhədinə erməni maraqlarının müdafiəsi məqsədilə “leşkər” toplayan, Tehrandakı səfirliyimizə qarşı terror aktı törədən də bu rejim idi. Naxçıvana hücum edən rejim öz xislətinə sadiqdir.
32👍6🤡4👎1
🇮🇷"İndi Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur amma müharibə davam edərsə bütün ssenarilər masadadır".

- Abbas Araqçi
👍10🤡62🙏1
🇹🇷Ərdoğan: “İlham qardaşıma Naxçıvan Muxtar Respublikasını hədəf alan bugünkü hücumdan böyük üzüntü duyduğumuzu və bu hücumu qınadığımızı bildirdim.

Regionda daha çox qan tökülməməsi, günahsız insanların həyatını itirməməsi və gərginliyin geri dönülməz həddə çatmaması üçün çoxşaxəli diplomatik fəaliyyət davam etdirilir".
22🤡3🤬1🤮1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Molla rejiminin Azərbaycandakı qulları Ətraflı : https://axar.az/news/toplum/1069047.html
Bizim üçün əsas diqqətçəkən və ən təhlükəli məqam içimizdəki molla rejiminin xidmətçiləridir. ABŞ-İran müharibəsi başladıqdan dərhal sonra molla rejiminin müdafiəçiləri sosial şəbəkələrdə aktivləşərək Azərbaycan ictimai rəyini manipulyasiya etmək istiqamətində işləyirlər. Bunu onların müharibədə şəxsi seçimi hesab etmək olardı, lakin İranın Naxçıvana məqsədyönlü şəkildə həyata keçirdiyi terror hücumunda molla rejimini müdafiə etmələri artıq Vətənə xəyanət əməlidir.
İran Naxçıvana dronlarla hücum edib. 4 PUA ilə həyata keçirilən hücum zamanı hava limanı ilə yanaşı, məktəb də hədəfə alınıb. PUA-lardan biri ordumuz tərəfindən zərərsizləşdirilib. Orta məktəb binasına hücum edən PUA hədəfə dəyməyib, hava limanına isə zəbələr endirilib, mülki şəxslər yaralanıb.
Bu hücumu iki tərəf təkzib etməyə çalışır. Biri İran rejimi, digəri mollaların Azərbaycandakı xidmətçiləri. Onlar iddia edirlər ki, “bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin təxribatıdır”, yaxud “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İrana sərf etmir” və s. Məqsəd diqqəti xidmətçiləri olduqları molla rejiminin terror hücumundan yayındırmaq, faktı təhrif etməkdir.
Molla rejiminin müdafiəsi məqsədilə Azərbaycan ictimai rəyini çaşdırmağa hesablanmış bu cür iddialara qarşı tədbir görülməlidir.

Birincisi, Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalı, təxribat xarakterli dezinformasiyalara inanmalıdır;

İkincisi, bu cür iddialar və dezinformasiyalar dərhal araşdırılmalı, ictimaiyyət məlumatlandırılmalıdır;
Üçüncüsü və ən vacib addım ictimai rəyi manipulyasiya etməyə cəhd göstərən molla rejiminin xidmətləri ifşa olunmalıdır.

Bu şəxslərin əməllərinin bir adı var: Vətənə xəyanət. Hazırda sosial şəbəkələrdə molla rejiminə köləlik edən, öz vətənlərinə qarşı düşmən mövqe sərgiləyən bu xainlərə qarşı ən sərt addımlar atılmalılıdır. Bu zərurəti ictimai və dövlət təhlükəsizliyinin qorunması prinsipləri yaradır.
41🤡3😁1🤣1
⚡️⚡️⚡️Netanyahu: ABŞ və İsrailin hava qüvvələri Livanda İran rejimi ilə əlaqəli hədəflərə və terror obyektlərinə zərbələr endirməyə davam edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36🤮9👎3😡2👍1👀1
❗️Küveyt ordusu: Hazırda hava məkanımızda raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almağa çalışırıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍24🤣62🙏1
❗️Şahbaz Şərif:

● Qardaş ölkə Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığımızı bildiririk.

● Pakistan Azərbaycan rəhbərliyi və xalqının yanında qətiyyətlə dayanır və eskalasiyanı daha da artıran və regional sülh və sabitliyi pozan bu cür acınacaqlı hərəkətləri pisləyir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74🤡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️B-52-lər İrana doğru hərəkətə keçdi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍61👎144😡2🤡1
🔴İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların 3-ü evə buraxılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30👍12🙏1🤡1
⚡️⚡️⚡️⚡️⚡️İsrail İranın raket buraxıcılarının 60 faizinin məhv edildiyini bildirir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
71👏22👎12👍4🤮4🤡4❤‍🔥3🤬2👀2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️🇹🇷🇦🇿Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkil olunan iftar proqramında çıxışı zamanı deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
57🤝5🤡4👎1🥴1