Türkiyədə iki yük maşınının toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı həlak olub.

Hadisə fevralın 26-da Sivas-Tokat yolunun Çamlıbel aşırımında baş verib.

Məlumata görə, maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.
🙏81😢1
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
7😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️Əfqanıstan hərbi qüvvələri Pakistanda nüvə obyektinə və hərbi bazaya zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Ariana Nyus” məlumat yayıb.

Zərbələr nəticəsində yüzlərlə ölən və yaralananın olduğu bildirilir.

Pakistan tərəfi məsələ ilə bağlı məlumat verməyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎132🙏2😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qala qəsəbəsində keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi "KamAZ" markalı su çəni daşıyan yük avtomobili toqquşub

Nəticədə R.Sultanov hadisə yerində ölüb, araşdırma aparılır.
3😢3🙏1
Cəlilabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlu Ukrayna-Rusiya müharibəsində itkin düşüb.
😨43🙏3😁2
❗️Azərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
👍5😁1
🇨🇳 Çin vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb — Xinhua

Çinin rəsmi "Sinxua" (Xinhua) xəbər agentliyinin yaydığı məlumata görə, Pekin İrandakı gərginliyin kritik həddə çatması ilə əlaqədar öz vətəndaşlarına ölkəni dərhal tərk etmək barədə rəsmi xəbərdarlıq edib.
5
İsrailin Səhiyyə Nazirliyi xəstəxanalara 2–4 həftə davam edə biləcək mümkün müharibəyə hazırlaşmaq göstərişi verib.

Bu barədə N12 telekanalı məlumat yayıb.
6🤬5👎1
Yüzlərlə ehtiyatda olan İsrail Müdafiə Qüvvələri əsgəri hava hücumundan müdafiə komandanlığına xidmətə çağırıldı.

- Kaan
10🤬8