🇺🇸🇮🇷 Cenevrədə İranla ABŞ arasında danışıqlar başlayıb.
1
Media is too big
VIEW IN TELEGRAM
34 il əvvəl Milli Qəhrəman Çingiz Mustafayev Xocalının azyaşlı sakininə "Adın nədir?" sualı ilə müraciət edir.

Həmin görüntülərdə danışan Ləfxanım adlı Xocalı sakininin dedikləri illərlə hər bir azərbaycanlının yaddaşına kədər simvolu kimi həkk olunur.

​Bu gün Xocalı azaddır, sakinlər öz doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyev ötən gün Xocalıda azyaşlı sakinə həmin doğma sualla — "Adın nədir?" deyə müraciət etdi. Uşaq isə gülümsəyərək adının Duyğu olduğunu bildirdi.

Xocalıda artıq uşaqlar qorxu içində deyil, gülümsəyərək, xoşbəxt yaşayırlar və yaşayacaqlar.

Video: "@operativmedia
25🙏3😢1
🇮🇷✈️İran hava məkanında məhdudiyyətlər tətbiq olunub.
Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
😢7🙏21👍1
Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.
3🙏2👎1🤡1
🇺🇦🇦🇿 Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

“Bu faciəvi gündə Xocalıdakı günahsız qurbanların xatirəsini yad edir, qarşılarında baş əyib, yas saxlayırıq”
8🙏3👎2
Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
👍1
☄️ Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini alıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
Daha əvvəl xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC Bakı sürətli qatarının yeni Yeni Suraxanı – Hövsan xəttinin layihələndirilməsinə başlayıb. Bu layihənin 2026–2027-ci illərdə başa çatdırılması planlaşdırılır.

layihə üçün aktiv hazırlıq işlərinə artıq start götürüb.

Xüsusilə Bakının Suraxanı rayonundakı dəmir yolu təhlükəsizlik zonasında yerləşən qanunsuz tikilmiş yaşayış binalarının inventarlaşdırılması aparılıb.

Söküntü işlərinə bu ilin yazın sonu və yayın əvvəlində başlanması nəzərdə tutulub.

Bu binaların illər əvvəl müvafiq sənədləşmə olmadan tikilməsinə baxmayaraq, sakinlər kompensasiya alacaqlar.
4👍2😁1
Media is too big
VIEW IN TELEGRAM
Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
🙏1
Forwarded from Photo Stock
Media is too big
VIEW IN TELEGRAM
📹 Video Xocalı faciəsindən üç gün sonra Eduard Ponyagin tərəfindən helikopterdən çəkilmiş fotolar əsasında süni intellekt vasitəsilə hazırlanıb.

❗️ Fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivindən əldə olunub.

#xocalışəhəri #photostockaz #photostock #xocalısoyqırımı #xocalı #azərbaycan
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6🙏4