🥀Prezident Xocalı Soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏171👎1😱1
00:00 / 🇮🇹"Yuventus" - "Qalatasaray"🇹🇷 (ÜMUMİ: 2-5)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍62
🇺🇸🇺🇦❗️Zelenski ilə Tramp arasında telefon danışığı 30 dəqiqə davam edib.
1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan SQ tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakinlərinə qarşı soyqırımı törədilib.

● 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib

● Öldürülənlərdən 63-ü uşaq olub

● 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb.

● Xocalı azad edildikdən sonra dərhal bərpa quruculuq işlərinə başlanılıb.

● Hazırda Xocalı sakinlərinin öz doğma yurdlarına qayıdışı davam edir.
😢22🙏122🐳1🤣1😡1
Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

Bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır.

Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

Bu gün, xalqımızın sağalmayan yaralarından olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Allah rəhmət eləsin!”
🙏22😭52👏2🤩1🤣1
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
1
🇺🇸ABŞ: İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək;

🇮🇷 İran: Həm müharibəyə, həm də sülhə hazırıq.
🤣81
🥀 Azərbaycan xalqı "Ana harayı" abidəsini ziyarət edir.
😢183🙏2🤣1
🥀İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
😍10👎5🤝3🤮1🤡1
Media is too big
VIEW IN TELEGRAM
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xocalı şəhərinə səfər edib.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xanabad kəndinə köçmüş Əmrah Sahiblinin evində olublar.
7🤣2👍1🤮1
🥀🇮🇱🇦🇿İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
😍8👎5🤝4🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎥🥀 Çingiz Mustafayevin kamerası çəksəydi nələrin şahidi olardıq…
36😢5🙏3😁1
🔴Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvət olunması barədə məlumatım yoxdur

Bunu Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Ana harayı abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3🤡1
Ceyhun Bayramov: AZAL təyyarəsi ilə bağlı gözləntilərimiz Rusiya Prezidentinin səsləndirdiyi yanaşmanın özünü təsdiq etməsidir
🤡42
Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib", - o bildirib.
1🤡1
⚡️ Ceyhun Bayramov: Azərbaycan Meksikadakı hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqə saxlayır
2
🇦🇿🇹🇷Türkiyə XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏171