Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.
⚡️İranın Azərbaycandakı səfiri Zəngəzur dəhlizi ilə bağlı:

● İranın bu mövzuda mövqeyi tamamilə aydındır: kommunikasiya xətlərinin açılması və tranzit əməkdaşlığının inkişafı hər zaman dəstəklənir.

● Bu, regionun iqtisadi tərəqqisinə və xalqların rifahının yüksəlməsinə xidmət edir.

● Bununla belə, regionda qeyri-sabitliyə səbəb ola biləcək hər hansı beynəlxalq sərhəd dəyişikliyinə və geosiyasi status-kvonun pozulmasına qarşıyıq.

● ABŞ-ın roluna gəldikdə isə hesab edirik ki, Vaşinqtonun addımları region xalqlarına qarşı xeyirxahlıqdan deyil, daha çox geosiyasi nüfuz strategiyasının tərkib hissəsidir və regional əlaqələrimizi zəiflətməyə yönəlib. (Versusaz)
🤡83👍2😁1
✍️✍️✍️✍️✍️Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.

Axar.az APA-ya istinaddla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁32
▪️Çıldıran kəndinə 10 ailə, 46 nəfər,

▪️Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər,

▪️Heyvalı kəndinə 17 ailə, 84 nəfər və Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.
🙏82👍2👌1
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar bəzi vergi güzəştləri tətbiq ediləcək.

Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi imzalayıb.

Belə ki, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmaları tətbiq ediləcək.

Bu azadolmalara aşağıdakılar aiddir:

- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
🐳1
✔️İncəsənət əsərlərinin və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib
🤡4
Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilib.
🤡3🐳1
Prezident elektron ticarət aparan qeyri-rezidentlərin vergi uçotuna alınmasına dair meyarları təsdiqləyib
🤡3😱1
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
2🥴2👍1🐳1
Cavab oyunu haqqında danışmaq asan deyil.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə mətbuat konfransında deyib.

O, İngiltərədə ba tutacaq matça hazırlıqları dəyərləndirib:

"Cavab matçı haqqında danışmaq çətindir. Təhlil apardıq. Cavab matçında daha diqqətli, məsuliyyətli olmalıyıq”.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-ü, saat 00:00-da İngiltərədə baş tutacaq.
👍2🤓1
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.
👍3🤡1
Media is too big
VIEW IN TELEGRAM
Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında maraqlı hadisə yaşanıb.

Gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq və fərqli çeşiddə yeməklər aşkarlanıb. Bu zaman yeməkləri uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib.
👍9😁21🐳1🏆1
Media is too big
VIEW IN TELEGRAM
Qurban Qurbanovdan Toral Bayramovun "gülüşünə" nöqtə
👍2👌1
🇷🇺🇮🇷İran və Rusiya arasında 500 milyon avroluq gizli silah müqaviləsi imzalanıb

Moskvada imzalanan bu razılaşma çərçivəsində Rusiya Tehrana üç il ərzində 500 ədəd "Verba" buraxılış qurğusu və 2500 ədəd "9M336" raketi tədarük edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌📌📌 Erzurumda güclü duman və buzlanma səbəbindən baş verən zəncirvari yol-nəqliyyat hadisəsində çox sayda insan xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən 8 yaralının vəziyyətinin ağır olduğu bildirilir.
🙏81😱1
Azərbaycan vətəndaşları Türkiyədə yanvarda ev alışını 8 % artırıb
👀1
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Xaçmazın icra başçısı Elnur Rzayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Nəzər oğlu Şahbazov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
🤡21