Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 70,99 dollara, yüngül neft isə 65,73 dollara təklif edilir.
👏2
Goranboyda azyaşlı ölüb.

Axar.az xəbər verir ki, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.

Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
💔63🙏3
Media is too big
VIEW IN TELEGRAM
Canlı yayımda dava düşdü: Aparıcı müğənnini “banditizm”lə hədələdi
🤡3🤣31
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan futbol tarixinin ən böyük hücumçularından biri sayılan Anatoli Banişevskinin doğum günüdür.

Anatoli Banişevski 23 fevral 1946-cı ildə Bakıda anadan olub. O, əsasən “Neftçi” klubunun əfsanəvi futbolçularından biri kimi tanınıb və uzun illər Bakı təmsilçisinin heyətində çıxış edib. Banişevski sürəti, texnikası və qol vurmaq bacarığı ilə SSRİ dövründə ən güclü hücumçular sırasında göstərilirdi.

O, həmçinin SSRİ millisinin heyətində də oynayıb və beynəlxalq oyunlarda uğurlu çıxışı ilə diqqət çəkib. Futbolçu karyerası ərzində yüzlərlə oyunda iştirak edərək çoxlu sayda qol vurub və Azərbaycan futbolunun simvollarından birinə çevrilib.

Anatoli Banişevski 1997-ci ildə vəfat etsə də, onun adı Azərbaycan futbol tarixində əfsanə kimi xatırlanır. Bu gün də o, ölkənin ən məşhur futbolçularından biri hesab olunur.
21🙏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukraynaya məxsus dronlar Rusiyanın Tatarıstan ərazisində yerləşən neft infrastrukturuna zərbə endirib.

Gecə saatlarında Tatarıstanın Almetyevsk yaxınlığında yerləşən və əsas magistral boru kəməri sisteminin bir hissəsi olan “Kaleykino” neft nasos stansiyası hücuma məruz qalıb.

Zərbə nəticəsində stansiyada güclü yanğın baş verib, yaranan tüstü sütunu kilometrlərlə uzaqdan müşahidə olunub.
👍11
Kim Çen İn Şimali Koreya Əmək Partiyasının baş katibi vəzifəsinə yenidən seçilib.

Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, doqquzuncu qurultayda hakim partiyanın beş min üzvü iştirak edib.

Tədbir hər beş ildən bir keçirilir.
🤣131
❗️Bakıda qətl hadisəsi baş verib.

Hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.

İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.
1
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Photo
⚡️Prezident: Azərbaycanla İranın birgə icra etdiyi layihələr region üçün geniş imkanlar açacaq
👍2