Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.1K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
👍31🙏1
⚡️Avtoyuma işçisi müştərinin avtomobilini “qurutmaq” bəhanəsi ilə qaçırdı

Binəqədidə avtoyuma məntəqəsində çalışan şəxs müştərinin “Hyundai” markalı avtomobilini “qurutmaq” bəhanəsi ilə qaçırıb. Polis tərəfindən saxlanılan 40 yaşlı şübhəli tutulub, avtomobil sahibinə qaytarılıb. Araşdırma aparılır.
🤣13😡1
Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb
6👍5🙏1
İribuynuzlu və xırdabuynuzluların sayı azalıb

Bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb.
1
Forwarded from LiveNews🇦🇿
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda qanlı qarşıdurma: Tələbələr "Bəsic" qüvvələri ilə əlbəyaxa oldu
14👎4🙏2🔥1
Bakıda motosiklet qəzası ölümə səbəb olub.

Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
🙏42😢2😁1
Ramazanın üçüncü gününün iftar duası

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!
🙏94
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️❗️Baykal gölündə avtomobil buzun altına düşüb

Baykal gölündə içərisində qadın və uşaq olan avtomobil buzun altına düşüb. Hadisə zamanı xilasedicilər operativ şəkildə əraziyə cəlb olunaraq insanları təhlükəsiz yerə təxliyə ediblər və avtomobili sudan çıxarıblar.

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
5🙏3👍1
⚽️UEFA İntizam Komitəsi "Qarabağ" klubunu 17 500 avro cərimələyib.

Cəriməyə səbəb azarkeşlərin Çempionlar Liqasının VII turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlardır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣14👍31🤔1
🏆 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsində azərbaycanlı idmançılar final mərhələsinə adlayıblar.

Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib ki, kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə
qazanıblar.

Qeyd edək ki, onlar bacı-qardaşdır.
25👍3🙏1👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi İnstaqram hesabında paylaşıb.
7🤣3👍2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
➡️ ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının lideri Kriştianu Ronalduya videomüraciət edib və onu "ən böyük" adlandırıb, həmçinin mümkün qədər tez ABŞ-yə gəlməsinə çağırış edib.

Bu barədə Tramp özünün "TikTok" səhifəsində paylaşım edib.

"Sən bizə ABŞ-də lazımsan", - deyə ABŞ prezidenti qeyd edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14🤣105
🔴Rusiyanın Orenburq vilayətində magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər ölüb.

Bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, R-239 "Kazan - Orenburq - Akbulak" avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində "Toyota" ilə "Mazda" toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.

Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3🙏2