Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.1K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Azərbaycandan Ermənistana Gürcüstan üzərindən neft məhsullarının daşınması ucuzlaşıb

Bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi bildirib.
🤬32👍1🤮1
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.
😢26🙏6👍2🤣2😭1
🚆📖 Kitabların yol yoldaşlığı davam edir.

ADY və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsi yenidən sərnişinlərlə görüşdü - kitab hədiyyəsi ənənəmizi davam etdirdik.

🛤️📍 Bakı–Qazax, Bakı–Ağstafa və Bakı–Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur - səfər yeni səhifələrlə daha mənalı və yaddaqalan olur.

📚💫 Bir kitab bəzən ən gözəl yol yoldaşıdır. Biz də bu dəyəri paylaşmağa davam edirik.

#azərbaycandəmiryolları #ady #parlaqimzalar
7👍5
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
👍31🙏1
⚡️Avtoyuma işçisi müştərinin avtomobilini “qurutmaq” bəhanəsi ilə qaçırdı

Binəqədidə avtoyuma məntəqəsində çalışan şəxs müştərinin “Hyundai” markalı avtomobilini “qurutmaq” bəhanəsi ilə qaçırıb. Polis tərəfindən saxlanılan 40 yaşlı şübhəli tutulub, avtomobil sahibinə qaytarılıb. Araşdırma aparılır.
🤣13😡1
Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb
6👍5🙏1
İribuynuzlu və xırdabuynuzluların sayı azalıb

Bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb.
1
Forwarded from LiveNews🇦🇿
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda qanlı qarşıdurma: Tələbələr "Bəsic" qüvvələri ilə əlbəyaxa oldu
14👎4🙏2🔥1
Bakıda motosiklet qəzası ölümə səbəb olub.

Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
🙏42😢2😁1
Ramazanın üçüncü gününün iftar duası

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!
🙏94
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️❗️Baykal gölündə avtomobil buzun altına düşüb

Baykal gölündə içərisində qadın və uşaq olan avtomobil buzun altına düşüb. Hadisə zamanı xilasedicilər operativ şəkildə əraziyə cəlb olunaraq insanları təhlükəsiz yerə təxliyə ediblər və avtomobili sudan çıxarıblar.

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
5🙏3👍1