Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Ramazanın üçüncü gününün imsak duası
🙏184❤‍🔥1
Bu gün 21 dərəcə isti olacaq

☀️Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti olacaq.

☀️Azərbaycanın rayonlarında havanın temperaturu gecə 2-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacaq
3
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini zəif və tanınmaz adlandırıb.

Axar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri bildirib ki, Avropa güclü olmalıdır, lakin hazırda belə deyil.
O qeyd edib ki, bəzi ölkələrdə ekoloji problemlərlə həddindən artıq maraqlanan liderlər hakimiyyətə gəliblər.
Bundan əlavə, Ağ Ev rəhbəri "Avropanı öldürən" iki əsas problemə işarə edib. Onun fikrincə, bunlar enerji və miqrasiyadır.
4
❗️Kamçatkada 5 bal gücündə zəlzələ qeydə alınıb
🙏31
🐓 Yaponiyada quş qripi səbəbindən 560 min toyuq məhv ediləcək

Xəstəlik Kaneqasaki qəsəbəsindəki quşçuluq fermasında aşkar edilib.
3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.
20
Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var
8🏆1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
👍173👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Bakı-Şamaxı yolunda qəza – Sürücü idarəetməni itirərək avtomobili aşırdı
🙏72
🚌Fevralın 23-dən Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır

Avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.

Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.
👍92🤮1
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib
😢12🙏102👍1🤣1
Media is too big
VIEW IN TELEGRAM
ABŞ prezidenti Donald Tramp mövcud rüsumlara əlavə olaraq 10 faiz həcmində yeni qlobal gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Tramp çıxışı zamanı bildirib ki, müvafiq sərəncam bu gün imzalanacaq və yeni rüsumlar hazırda qüvvədə olan bütün tariflərdən əlavə tətbiq olunacaq. Onun sözlərinə görə, milli təhlükəsizliklə bağlı mövcud rüsumlar da daxil olmaqla bütün əvvəlki tariflər tam qüvvədə qalır.

Bu arada ABŞ Ali Məhkəməsi Tramp administrasiyası tərəfindən tətbiq edilən rüsumların böyük hissəsini ləğv edib. Prezident isə məhkəmənin bu qərarını sərt şəkildə tənqid edib.
3
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Salyanda yanan avtomobili söndürmək istəyən FHN əməkdaşını maşın vuraraq öldürüb - RƏSMİ
🙏11👍2🤣1
Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
2
Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aygünə cavab: Aysel mahnısının düşük sözlərini yaydı
5🤮2
Dayanacaqda park edən BMW sürücüsü CƏZALANDIRILDI

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.
😁74👍3🤔3👌1
Azərbaycandan Ermənistana Gürcüstan üzərindən neft məhsullarının daşınması ucuzlaşıb

Bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi bildirib.
2🤬2👍1🤮1
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.
😢22🙏4👍2🤣1😭1