Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Albaniyaya səfərlə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.
🤣8👍72😱1🤡1
🌙🕌Ramazanın ikinci gününün imsak duası
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33🙏3❤‍🔥1🤮1
⚡️⚡️ Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ olub.
🙏4😁3
⚠️ Diqqət! Dələduzluğun üsulu dəyişsə də, məqsədi dəyişmir.

📱 Son günlər sosial şəbəkələrdə vətəndaşları saxta kampaniyalara cəlb etmək məqsədilə eyni məzmunlu paylaşımlar yayılır.

Paylaşımlarda fərqli məhsullar təqdim olunsa da, ssenari eynidir: guya şirkət sirri açıqlanır, kiçik məbləğ qarşılığında dəyərli hədiyyə vəd edilir və istifadəçilər rəy bölməsində yerləşdirilən linkə keçid etməyə yönləndirilir.

💬 Diqqət çəkən məqam isə etibarlılıq görüntüsü yaratmaq üçün həmin postlara saxta profillər vasitəsilə şirnikləndirici “müsbət rəylər”in yazılmasıdır.

Tövsiyə edirik:

- Şübhəli linklərə daxil olmayın;

- Tanımadığınız səhifələrin təqdim etdiyi “sərfəli kampaniyalara” inanmayın;

- Şəxsi və bank kartı məlumatlarınızı naməlum platformalarda paylaşmayın.

Bu cür saxta kampaniyalar şəxsi məlumatların və pul vəsaitlərinin ələ keçirilməsinə yönəlib.

✔️ Qeyd edək ki, həmin səhifələrlə bağlı araşdırma aparılır.
7
Tanınmış meyxanaçı Aqşin Fatehin restoranı "By Fateh" bağlanıb.

Kult.az Azxeber.com-a istinadən xəbər verir ki, meyxanaçı restoranın bağlandığını təsdiq edib.

Xatırladaq ki, sözügedən məkanda bir müddət əvvəl müştərilərə saxta içki verildiyi məlum olmuşdu.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilmişdi.
4😁3👍1
🔥 Saat 09:00-dan Qəbələ qazpaylayıcı stansiyasının Qəbələ ölçü qovşağı vasitəsilə təbii qazla təchiz edilən 8 054 abonentin qaz təchizatı dayandırılıb.
👎1
Qaradağda qoruq ərazisində qanunsuz qazıntı aparan qızılaxtaranlar saxlanılıb
🤣71
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️⚠️Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🤣3🙏1
Bu gün səhər pik saatlarda "Əhmədli" - “İçərişəhər" xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb və marşrut üzrə hərəkətini davam etdirə bilməyib. Nəticədə sərnişinlər qatardan düşürülüblər.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sərnişinlər intervalın 13 dəqiqəyə qədər artdığını bildirib.

Bu, Bakı metrosunun həmin xətt üzrə bütün stansiyalarında ciddi sərnişin sıxlığına səbəb olub.

Qeyd edək ki, ötən gün də analoji problemlər müşahidə edilmişdi.
3🙏1
❗️❗️❗️ Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 20.02.2026-cı il saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👎1
Məşhur aktyor 53 yaşında vəfat edib

Bir il əvvəl amiotrofik lateral skleroz diaqnozu (ALS) qoyulan aktyor Erik Deyn vəfat edib.

"Grey"s Anatomy" serialında "Dr. Mark Sloan" rolu ilə məşhurlaşan Deyn yaxınlarının əhatəsində dünyasını dəyişib.
"Dərin kədər hissi ilə bildiririk ki, Erik Deyn cümə axşamı günortadan sonra ALS xəstəliyi ilə apardığı mübarizədən sonra vəfat edib. O, son günlərini əziz dostlarının, sədaqətli həyat yoldaşının və həyatının mərkəzi olan iki gözəl qızı Billi və Corciyanın yanında keçirib" -deyə aktyorun ailəsi məlumat yayıb.
🙏5
🟢Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib - Milli Hidrometeorologiya Xidməti
🇮🇷🇺🇸🇷🇺Trampın təhdidləri fonunda İran Rusiya ilə hərbi təlimlər keçirib

Rusiya ilə birgə manevrlərdən öncə İran tərəfi fərdi hərbi təlimlər keçirərək Hörmüz boğazı istiqamətində beş raket buraxılışı reallaşdırıb.

Bu hərbi aktivlik ABŞ Prezidenti Donald Taumpın son bəyanatları ilə eyni vaxta təsadüf edir.

Xatırladaq ki, Ağ Ev rəhbəri İrana yeni saziş bağlamaq üçün maksimum 10-15 gün vaxt tanıdığını qəti şəkildə vurğulamışdı.
👍4👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪Qonşu Gürcüstanda pis hava şəraiti bəndlərə və şəhər infrastrukturuna ziyan vurub.

Qara dəniz dalğaları şəhər küçələrinə çataraq Kobuleti və Batumiyə ağır zərbə vurub.
🙏21
⚡️Tramp ölkənin Müdafiə nazirinə yadplanetlilər və UFO-lar (naməlum uçan obyektlər) haqqında hökumət sənədlərinin məxfiliyinin ləğv edilməsi ilə bağlı tapşırıq verəcəyini açıqlayıb.
😁2