Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.

Bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək.

Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.
4👍1
Azərbaycan dövlət sərhədini pozan Almaniya vətəndaşı həbs olunub.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Almaniyanın Bautzen şəhərində doğulan 21 yaşlı şəxs qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb.

İttiham aktına görə, o, ailəsi aralarında yaranan mübahisə səbəbilə əvvəlcə Bolqarıstana, oradan Türkiyəyə, daha sonra isə Gürcüstana gəlib. Azərbaycana keçməyə icazəsi olmasa da, dağlıq ərazilərlə ölkəmizə keçib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən əcnəbi bildirib ki, ailəsi Bautzen şəhərinin Jiedlitz kəndində özlərinə məxsus restoranda işləyirlər. Özü işləmədiyi üçün daim mübahisələri yaranır və atası ona işləmədiyi təqdirdə evi tərk etməyi deyib. Buna görə də o, evdən çıxaraq Gürcüstana sevdiyi qızı görmək üçün gəlib. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, əvvəlcə Bolqarıstana, sonra Türkiyəyə, daha sonra da Gürcüstana keçib. Buradan isə Azərbaycana quru yolla keçməyin mümkün olmadığını öyrənib və dağlıq ərazilərlə ölkəmizə keçib. Sərhəd kənddə o, insanlardan qalmağa və yemək almağa yer soruşub. Az sonra sərhədçilər onu saxlayıblar.

Əcnəbi vətəndaş əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qərarı verilib.
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👏👏👏  Qurban Qurbanovun təqdirəlayiq jesti.
35🤡2
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Moskvada “Bitsevskiy Park” metro stansiyasında partlayış baş verib. Bildirilir ki, hadisə texniki səbəblərdən qaynaqlanıb.
8
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları üçün viza pulsuz və sadələşdirilmiş olacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Bakının “Nərimanov” metro stansiyasında qatarda tüstülənmə qeydə alınıb

Sərnişinlər təhlükəsizlik məqsədilə vaqonlardan çıxarılıb.
5👎1🤔1
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları üçün viza pulsuz və sadələşdirilmiş olacaq.
👎21
Mingəçevirdə itkin-şəhid Şahin Kərimovla vida mərasimi keçirilir
🙏22
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9 000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.

Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
5😡1
🇦🇿Hikmət Hacıyev: Məhkəmənin Ruben Vardanyanla bağlı qərarı 30 illik münaqişənin hüquqi yekunudur
10👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🔴Bakının “Nərimanov” metro stansiyasında qatarda tüstülənmə qeydə alınıb Sərnişinlər təhlükəsizlik məqsədilə vaqonlardan çıxarılıb.
⚡️"Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
4👍1
Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib
🙏102
Britaniya kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu “Epşteyn işi” çərçivəsində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, bu səhər onun yaşadığı Norfolkdakı malikanəsinə bir neçə polis maşını gəlib.

Endryu dövlət vəzifəsində qanun pozuntusuna yol verməkdə şübhəli bilinərək saxlanılıb.

Polis hələlik heç bir rəsmi məlumat verməyib.
👍51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️ Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır.
⛔️ Bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.
Neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır. Amma bəzən toqquşmalar qaçılmaz olur.
Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq.
#ady #azərbaycandəmiryolları
6👍2
🇺🇸ABŞ hərbçiləri Donald Trumpa bildiriblər ki, bu həftəsonu İrana zərbə endirməyə hazırdırlar, lakin yekun qərar hələ qəbul edilməyib
👍10🤬8🤡1