Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
"Qarabağ" 1 - 6 "Nyukasl"
😁2😢21
❗️❗️❗️ "Qarabağ"ın heyətində növbəti dəyişikliklər baş tutdu:

Joni Montiel - Kadi Borqes
Abdullah Zubir - Emanuel Addai
👍3👀21
Kamilo Duran - Musa Qurbanlı
🤮2
Media is too big
VIEW IN TELEGRAM
Qurban Qurbanovun oyun sonrası fikirləri
1🤮1
⚽️Çempionlar Liqası: “Qarabağ” “Nyukasl”a böyük hesabla məğlub olub

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
😢8🤣3🤨21👍1
🪔🕌Azərbaycanda Ramazan ayı başladı🌙🕯️
48🙏13
🔴 KİV: ABŞ administrasiyası həftəsonu İrana zərbə endirmək imkanını nəzərdən keçirir, lakin yekun qərar hələ verilməyib.
🤡74
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🔴 KİV: ABŞ administrasiyası həftəsonu İrana zərbə endirmək imkanını nəzərdən keçirir, lakin yekun qərar hələ verilməyib.
❗️KİV: ABŞ 2003-cü ildən sonra Yaxın Şərqdə ən böyük aviasiya qrupu cəmləşdirir

"The Wall Street Journal"da qeyd olunur ki, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmağa davam edir və ora F-22 və F-35 qırıcı təyyarələri göndərir. Bundan əlavə, regiona ikinci təyyarədaşıyan gəmi və komanda məntəqəsi kimi xidmət edən təyyarələr də gedir. Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, qüvvələrin bu cəmləşməsi Vaşinqtona bir neçə həftə ərzində İrana qarşı döyüş əməliyyatları aparmaq imkanı verəcək.
2👍1👎1
🌫⚠️ Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.
1
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.
5👍1👎1
✔️Səudiyyə Ərəbistanı, Oman Sultanlığı, Küveyt Dövləti və Bəhreyn Krallığı vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
👎17👍41
Dünya bazarlarında neft ötən günlə müqayisədə kəskin bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 70,59 dollara, yüngül neft isə 65,46 dollara təklif edilir.
Qubada külli miqdarda narkotik vasitə aşkarlanıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb. Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
1