Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Körfəzdə keçirdiyi təlimlər fonunda bölgədə böyük gəmi tıxacı yaranıb.
👍5
🌤 Fevralın 19-da hava necə olacaq?

🌆 Bakı və Abşeron yarımadası
Dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
🌫 Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.
💨 Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.

🌡 Temperatur:
🌙 Gecə: +4°…+7°
☀️ Gündüz: +18°…+23°

📈 Atmosfer təzyiqi 753 mm-dən 761 mm civə sütununa yüksələcək.
💧 Nisbi rütubət: gecə 80-90%, gündüz 65-70%.

🌧 Regionlarda hava
Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava gözlənilir.
🏔 Dağlıq ərazilərdə qar yağacaq, bəzi yerlərdə intensiv ola bilər.
🌫 Gecə və səhər duman ehtimalı var.
💨 Qərb küləyi arabir güclənəcək.

🌡 Temperatur:
🌙 Gecə: +7°…+11°
☀️ Gündüz: +17°…+22°
🏔 Dağlarda: gecə +4°…+8°, gündüz +8°…+13°

☂️ Sabah plan qurarkən hava şəraitini nəzərə almağı unutmayın!
5👍1
❗️❗️❗️ İtkin düşən şəxs axtarılır ‼️

17 fevral saat 13:00 radələrində 1942-ci il təvəllüdlü Vinoqradov Lev Veniaminoviç Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti istiqamətində itkin düşüb. O, son dəfə “Ayna Sultanova” yaxınlığındakı Bazarstore (Ziya Bünyadov 11B) mağazasından çıxıb.

Yaddaş və ürək problemləri var (iki tərəfli infarkt keçirib). Üzərində pul, sənəd və telefon olmayıb.

Görən və ya məlumatı olan şəxslərdən dərhal xəbər vermələri xahiş olunur.

Əlaqə nömrəsi: 050 321 28 12
🙏41
“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş qida məhsulları aşkarlanıb
👎3
Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Kolumbus Kryu” (Columbus Crew) klubu ilə müqavilə imzalaması münasibətilə səmimi qəlbdən təbrik edirik!

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyi öz Feysbuk səhifəsində yazıb.

“Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Əsas Futbol Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Eyni zamanda, “Qarabağ” klubuna buaxşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!” - səfirlik qeyd edib.
5😁1
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sülh Şurasının təsis iclasında iştirak etmək üçün 18-19 fevral tarixlərində Vaşinqtona işgüzar səfər edəcək.
Telegram son üç gün ərzində 566 mindən çox qrup və kanalı bloklayıb.
👍2
Dubaydan Moskvaya uçan 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.

Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.

Qeyd edilib ki, zərgərlik əşyaları müsadirə edilib və azərbaycanlı qadın hazırda qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunları çərçivəsində qadınların sərbəst üslubda komanda sprint yarışı baş tutub.

Finiş xəttində bir it qəfil trasın üzərinə çıxıb və foto-finiş kadrına düşüb.
2
Trampın təyyarələri sevdiyi rənglərə boyanır
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Metronun bağlanan çıxışı yenidən istifadəyə verilib.
3