Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🔥 Villada dəhşətli yanğın - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
🙏4👍1
🌫🔴Hazırda Bakı və Abşeronun bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Dumanlı havanın fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını ABŞ-ın “Kolambus Kru” klubunda davam etdirəcək Nəriman Axundzadə ilə maraqlı video paylaşıb.
6🤣3😁1🤡1
Sürücülərin diqqətinə!

📍 Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq:

🛣 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 2️⃣0️⃣ km/saat endirilib.

🌫 Bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb.

🚘 Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
1👍1
Laricani: "İranın raket proqramı ölkənin milli təhlükəsizlik sisteminin bir hissəsidir və danışıqlar mövzusu deyil"

İranın raket proqramı ABŞ nümayəndələri ilə son görüşdə müzakirə olunmayıb və ölkənin milli təhlükəsizlik sisteminin bir hissəsi olduğu üçün əlavə müzakirə mövzusu deyil

Bunu İslam Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Laricani "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib. Eyni zamanda, o, İranın "istənilən ssenariyə hazır olduğunu", lakin müharibə axtarmadığını bir daha vurğulayıb.
3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtobus iki avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.
🙏42
Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
👍4😁21
🚨Keçən ay 23 milyon manata yaxın dəyərdə narkotik vasitə dövriyyədən çıxarılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
❗️NATO-nun keçmiş baş katibi Yens Stoltenberq:

“Ən böyük səhvimiz Ukraynaya vaxtında və kifayət qədər dəstək verməməyimiz oldu. Bu prosesə 2014-cü ildən başlamalı idik. Əgər belə etsəydik, bu gün Ukrayna öz ərazilərinin daha böyük hissəsinə nəzarət edə bilərdi.

Hətta 2014–2022-ci illərdə Ukraynanı silahlandırıb hazırlasaydıq, 2022-ci ildəki tammiqyaslı işğalın qarşısını almaq da mümkün ola bilərdi"
2🤣2😁1
❗️Ramanada uşaq evində 2 yaşlı uşaq qızılcadan ölüb
🙏6😢31
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.
😁53🐳1
Ukraynanın Odessa şəhərində avtomobil partlayıb.

Məlumata görə, avtomobilin sahibi siqnalizasiya sistemini işə saldığı zaman partlayış baş verib.

İlkin versiyaya görə, hadisə nəticəsində avtomobilin sürücüsü, 56 yaşlı kişi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
2
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi "Şahtaxtı" gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
11🥴1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🔥 Villada dəhşətli yanğın - ANBAAN GÖRÜNTÜLƏR Hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Xəbər verdiyimiz kimi, ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb. Məlum olub ki, sözügedən villa iş adamı Xanəhmədov Mahir Kərim oğluna məxsusdur.
3👍1