Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
📺 "ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq

2026-cı il fevralın 8-də kanalın efirində saat 13:38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.

Audiovizual Şuranın məlumatında qeyd olunub ki, cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul ediblər.
👍64👌1
Türkiyənin Antalya şəhərində havaya qalxmağa hazırlaşan təyyarənin təkəri çıxıb.
4🤣3😢1🙏1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib
12😁4👎1🤡1
Tramp bildirib ki, əgər Vaşinqton və Tehranın razılığa gəlməsə, yaxın vaxtlarda İran istiqamətinə ikinci ABŞ aviadaşıyıcı qrupu göndəriləcək.

O, bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, çox tezliklə yola düşəcək. Biri artıq oradadır. Əgər razılaşma əldə etməsək, o, bizə lazım olacaq
7🤣6🤬2👍1🤡1🥴1
Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:
“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.
8👍5🤡2
⚡️⚡️İlham Əliyev:

● Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var.

● Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.

● Hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir.

● Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq.

● Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək.

● Bakıda həbsdə olan ermənilər bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.

● Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.
19🤡3👍2👎1😁1
📺 Bu gün Azərbaycan Televiziyasının (AzTV) yaranmasından 70, "Mədəniyyət" kanalının yaranmasından isə 15 il ötür.

🗓 İlk dəfə ekranda gənc aktrisa Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

🎙 1957-ci ildən Azərbaycan Televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb, 2005-ci ilin yanvarından isə 24 saatlıq fasiləsiz yayıma keçib.

👏🏻 Azərbaycan Televiziyasının əməkdaşlarını təbrik edir və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
5😁3🤮3👍2
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.
5😁2🙏1
🇺🇸🇮🇷 ABŞ Prezidenti Tramp “Truth Social” sosial şəbəkəsində heç bir əlavə şərh yazmadan aviadaşıyıcının fotosunu paylaşıb.

Bu addımın İrana növbəti xəbərdarlıq kimi qiymətləndirildiyi bildirilir.
👎17👍81🤡1
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.

Əmrə əsasən, Musayev Şahin Möhtərəm oğlu baş memar vəzifəsinə təyin olunub.
👍32
🚆📚 Səfərdə bir kitabla başlayan gözəl anlar

📖 ADY və “Parlaq İmzalar” nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətini təşviq edən yeni layihəyə start verildi.

📚 Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY tərəfindən qatarda səfər edən sərnişinlərə kitablar hədiyyə olundu. Bu təşəbbüs səyahəti daha mənalı və yaddaqalan etdi.

📚 Kitab bağışlamaq inkişafı, gələcəyi hədiyyə etməkdir. ADY bu yanaşmanı hər il daha geniş miqyasda davam etdirir.

💫Bir kitabla başlayaq, dəyəri paylaşaq.

#AzərbaycanDəmirYolları #ADY #Parlaqİmzalar
👍41