Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️❗️❗️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gəlib.
10😱4🐳1
Ukraynadakı müharibə və Rus Pravoslav Kilsəsinin mövqeyini ictimai tənqid etməsi ilə tanınan keçmiş ruhani Yakov Vorontsov Almatıda saxlanılıb.
1
Ata Abdullayev azadlığa çıxıb.

Mənbə: BakuEs
🤮24😁9😡3
❗️Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb

Bunu Naxçıvanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qurumun 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.

O qeyd edib ki, uşaq əməyinin istismarı ilə bağlı Babək rayonunda 9, Kəngərli rayonunda 1 fakt olub:

"Ailə-məişət zəmnində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan və Komitəyə daxil olan müraciətlərlə əlaqədar 98 münaqişəli ailə ilə görüşlər keçirilib. Ərazi polis orqanları tərəfindən qeydiyyata götürülmüş 46 münaqişəli ailədən 12-də münaqişə dayandığı üçün profilaktiki və digər tədbirlər sonlandırılıb".
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦🧍‍♂️ Svetoforla nizamlanan piyada keçidi

✅️ Nəticədə:

🔹️ Qəzalar baş vermir,
🔹️ Sürücü və piyada təhlükəsizliyi təmin olunur.

📍 Ünvan: Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi.
👍62
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fransa Prezidenti Makron: “Yəhudilərsiz Fransa gövdəsiz ağaca bənzəyər.”
🤣20🤡7🤯21
2024/25-ci illər mövsümünü əhatə edən UEFA Millət Liqası turnirində milli assosiasiyalara veriləcək maddi vəsaitin həcmi müəyyənləşib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, müvafiq rəqəmlər UEFA tərəfindən cari mövsüm üçün dərc edilmiş rəsmi maliyyə hesabatında öz əksini tapıb.

Sənədə istinadən, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası turnirdəki iştirakına görə 1 milyon 125 min avro məbləğində gəlir qazanıb.
4👍2
‼️AMEA: Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz

"Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir"
😁73👍3🤓2
Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
👍41
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.
🤔51👍1
❄️İlisu Milli Parkı
11👍3
Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibləri yenidən formalaşıb.

U-20 yığmasının böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 millisində böyük məşqçi vəzifəsi Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıblar.

U-15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaqlar.
6👍1