Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.3K photos
20.7K videos
7 files
32.3K links
Download Telegram
Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır
5
❄️Əksər ərazilərə qar yağır

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴⚽️💔Messi azarkeşin onu daha yaxşı görə bilməsi üçün avtobusun buxarlanmış şüşəsini silib

"İnter Mayami"nin hücumçusu Lionel Messi avtobusun buxarlanmış şüşəsini silərək gənc azarkeşə onu daha yaxından görmək imkanı yaradıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍4😱3
🇦🇿🇹🇷Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsarla görüşüb.

🔹 Azərbaycan-Türkiyə əlaqələri müzakirə olunub.
5👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Tom və Ceri”nin 86 yaşı tamam olur

Dünyanın ən məşhur cizgi filmlərindən biri olan “Tom və Ceri” bu il 86 yaşını qeyd edir. İlk dəfə 1940-cı ildə tamaşaçılara təqdim olunan bu əfsanəvi pişik və siçan dueti illərdir uşaqların və böyüklərin sevimlisi olaraq qalır. Demək olar ki, dialoqsuz süjetinə baxmayaraq, “Tom və Ceri” yumor, dinamika və emosiyanı mükəmməl şəkildə çatdırmağı bacarıb və nəsillər boyu populyarlığını itirməyib.
17
Milli Məclisin növbəti iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.
🤣53🤡2👍1
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Oxu. Az-a verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
12🙏2
Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, dünən Türkiyədə vəfat edən Fəzail Ağamalı ilə Heydər Məscidində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak edirlər.

F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.
🤮43🙏3
⚽️ Nəriman “Qarabağ”dan getdi

“Qarabağ” Nəriman Axundzadənin ABŞ klubuna keçidinə icazə verib

“Qarabağ”ın fuitbolçusu Nəriman Axundzadə ABŞ-ın "Kolumbus Kryu" klubuna keçir.
9👍3
Tərtərdə baş verən qəza zamanı sərnişin ölüb.

Yol-nəqliyyat hadisəsi rayonun Seydimli kəndi ərazisində baş verib.

Tərtər rayon sakini İxtiyar Cəfərov idarə etdiyi "JAC" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarına aşırıb.

Avtomobildə olan Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
🙏31
Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən “baton” çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış “baton” çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə “zavod çörəyi”ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
👎6😡32
⚡️Alen Simonyan: Azərbaycanla qarşılıqlı olaraq inkişaf etdirdiyimiz iş tərzinə çox müsbət yanaşıram. Bu yolda davam etsək, inanıram ki, yaxın gələcəkdə ölkələrimiz arasında heç bir problem olmayacaq
2🤬1🤮1
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
👍41