Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Axar.az xəbər verir ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.
Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.
👍157
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
👍9🤣54🤔1
“İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışıb, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa cəhd göstəriblər.
5👍5🤡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakının pişikləri xoşbəxtdir😍😍😍
38😍8👍7🤣1
😯‼️Ağ Ev Trampın Obama və xanımı ilə bağlı təhqiramiz paylaşımına haqq qazandırdı
🤣21👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Yeni metro tunelindən EKSKLÜZİV GÖRÜNTÜLƏR
👍53
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸Donald Tramp keçmiş prezident Barak Obamanı və xanımı Mişel Obamanı ələ salıb

Ağ Ev rəhbəri seçki saxtakarlığına aid video paylaşıb. Süni intellekt tərəfindən yaradılan videoda Mişel və Barak Obama meymun kimi təsvir olunur və seçki saxtakarlığına işarə edilib.

Tramp videonun həm Demokratlar, həm də Respublikaçılar tərəfindən sərt reaksiyaya səbəb olmasından bir neçə saat sonra "Truth Social" hesabından silib.

Ağ Ev daha sonra bir işçinin videonu səhvən paylaşdığını iddia edərək, tənqidin "saxta qəzəb" olduğuna dair əvvəlki iddiaları təkzib edib.
🤬42👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sürücünün diqqətsizliyi səbəbindən "Mercedes" markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı
3
Salyan rayon sakini, 1940-cı il təvəllüdlü Nəsirov Rafayət İxtiyar oğlu yanvarın 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs 165 sm uzunluqda, ağ saçlı və arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 070 560 55 44) məlumat vermələri xahiş olunur.
1😢1
❗️Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇦🇿 Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

▪️Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2010-cu il 18–19 iyun gecəsi cəbhə xəttində təkbaşına düşmən mövqelərinə keçərək bir neçə erməni hərbçisini zərərsizləşdirib, 5 saat qeyri-bərabər döyüşdən sonra qəhrəmancasına şəhid olub.

▪️Azərbaycan Prezidentinin Sərəncamı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54💔3👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Siyəzəndə 40 yaşlı qadında 6 kiloqram narkotik aşkarlanıb
2😡1