Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Quru Qoşunlarında xidmət edən Coşqun Zülfüqar oğlu Sadıqov fevralın 4-də dünyasını dəyişib. O, dəfn edilib.

Qeyd edək ki, mərhum vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedibmiş.
🙏20😭4
Azərbaycanın müdafiə naziri İran müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə görüşüb:

Zakir Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.

Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

● Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.

● Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
2❤‍🔥1👎1
Türkiyə kinosunun görkəmli simalarından biri və "Yeşilçam" aktrisası Nevin Efe xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli keçirdiyi kəskin narahatlıq səbəbindən vəfat edib.
🙏132👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müəllimi güllələyən şagird silahı liseyə belə gətirib – Anbaan video
🤮9🤔51
Masallı Ziyalıları İctimai Birliyinin sədri 79 yaşlı Qardaş Fətullayev avtomobil qəzasına düşüb.
🙏81👍1
“Yaşıl tikinti” və “yaşıl bina” ilə bağlı təhlil aparılacaq, qanunvericilik təkmilləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil edib, beynəlxalq təcrübəni araşdırıb normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2😱2
Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
5🤮4🤣2
✍️✍️✍️✍️✍️ "Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə" təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
4😱3😁1
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Axar.az xəbər verir ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.
Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.
👍157
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
👍9🤣54🤔1
“İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışıb, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa cəhd göstəriblər.
5👍5🤡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakının pişikləri xoşbəxtdir😍😍😍
36😍8👍6
😯‼️Ağ Ev Trampın Obama və xanımı ilə bağlı təhqiramiz paylaşımına haqq qazandırdı
🤣21👍21