Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı bəzi fakt üzə çıxıb.

Həmin şagirdin davranış problemləri olub.

Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Mənbə: Lentaz
🤣8🤬6🤔21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vətən müharibəsi iştirakçısı yol-nəqliyyat hadisəsində ölüb.

Ötən gün baş verən qəzada 1994-cü il təvəllüdlü Cavadov Elçin Mübariz oğlu həyatını itirib.

Mərhum Hərbi Dəniz Qüvvələrində MAXE kimi xidmət edirdi. İki azyaşlı övladı var.
🙏157💔2👍1
❗️Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.

Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə atəş açıb.

General sağ qalıb və xəstəxanaya yerləşdirilib.
5👍3👎1
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
8👍6🤮5👎1
🇮🇷🇺🇸 Omanda ABŞ-İran danışıqları başlayıb

▪️Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.

▪️İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
👎43🤮2
🗣XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

"Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür.

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik".

Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən üç il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🙏4👍1🤣1
❗️📢 “İdrak” liseyində silahlı insident — Son məlum olanlar:

▪️Fevralın 6-da saat 09:00 radələrində Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 10-cu sinif şagirdi Ə.Ş məktəbə atasına məxsus ov silahı ilə gələrək müəllimə atəş açıb.

▪️Hadisənin tənəffüs zamanı baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, açılan atəş nəticəsində güllə müəllimənin boyun nahiyəsinə dəyib. Zərərçəkən liseyin riyaziyyat müəllimi, 29 yaşlı Şəhla Kamilovadır.

▪️Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına əsasən, müəllimə dərhal Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ona odlu silah yarası diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi Cərrahiyyə şöbəsində davam edir.

▪️Polis əməkdaşları hadisəni törədən şagirdi saxlayıb, ov silahı maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

▪️Məlumata görə, şagirdin atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb, hazırda işsizdir. Eyni zamanda, müəlliməyə atəş açan şagirdin əvvəllər davranış problemləri olduğu, kompüter oyunlarına həddindən artıq maraq göstərdiyi və hadisənin bu təsirin nəticəsi ola biləcəyi ehtimal edilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
"İdrak" liseyində güllələnən müəllimin FOTOSU
Liseydə güllələnən müəllim 1997-ci il təvəllüdlü Şəhla Kamilova məktəbi fərqlənmə ilə bitirərək BDU-nun məzunu olub.
6🙏3
⚡️AQTA: Ölkədə quş qripi və nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb
9
📢📢📢 UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.

Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib. "Köhlən atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.

"Qarabağ"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi:

Qapıçılar

89. Amin Ramazanov

97. Fabiyan Buntiç

99. Mateuş Koxalski

Müdafiəçilər

2. Mateus Silva

3. Sami Mmae

13. Bəhlul Mustafazadə

18. Dani Bolt

30. Abbas Hüseynov

44. Elvin Cəfərquliyev

55. Bədavi Hüseynov

81. Kevin Medina

Yarımmüdafiəçilər

8. Marko Yankoviç

9. Joni Montiel

10. Abdullah Zubir

15. Leandro Andrade

20. Kadi Borges

21. Aleksey Kaşuk

27. Toral Bayramov

32. Hikmət Cəbrayılzadə

35. Pedro Bikalyo

Hücumçular

7. Nəriman Axundzadə

11. Emmanuel Addai

17. Kamilo Duran

22. Musa Qurbanlı

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
ABŞ-ın Yaxın Şərqdə 450-dən çox “Tomahavk” qanadlı raketi var.

Axar.az xəbər verir ki, bu barədə “NBS Nyus” telekanalı amerikalı məmura istinadla məlumat yayıb.

“Raketlər hərbi gəmilərə yerləşdirilib və Prezident Donald Tramp Tehrana qarşı hərbi əməliyyatı təsdiqləsə, istifadə ediləcək”, - məlumatda bildirilib.
👎76
Azərbaycanda fevralın 7-də havanın yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
1
Azərbaycan və Ermənistan malların siyahısını mübadilə edib və iş adamları cavab gözləyirlər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Qeyd edək ki, Ermənistan bəzi məhsulların Azərbaycana ixrac edilə biləcəyini bildirmişdi.
😡6👏32🤮1
İslamabadda məsciddə partlayış: 10 nəfər ölüb, daha 80 nəfər xəsarət alıb — “Sinxua”.
😢12🙏3😡1