Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Vəziyyətinin ağır olduğu bildirilir.
⚡️Baş Prokurorluq: Şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
👍4👎42
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub Şahidlərin "Report"a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Bildirilib ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.
🚨 Müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.

Hazırda isə işsiz olduğu bildirilir.
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin məlumatı:

06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
5😢3🙏2🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️"İdrak" liseyində insidentin baş verdiyi ərazidən yeni görüntülər.
4
"İdrak" liseyində güllələnən müəllimin FOTOSU
🙏2
İdrak liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.
🤣72
“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı bəzi fakt üzə çıxıb.

Həmin şagirdin davranış problemləri olub.

Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Mənbə: Lentaz
🤣8🤬6🤔21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vətən müharibəsi iştirakçısı yol-nəqliyyat hadisəsində ölüb.

Ötən gün baş verən qəzada 1994-cü il təvəllüdlü Cavadov Elçin Mübariz oğlu həyatını itirib.

Mərhum Hərbi Dəniz Qüvvələrində MAXE kimi xidmət edirdi. İki azyaşlı övladı var.
🙏137👍1💔1
❗️Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.

Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə atəş açıb.

General sağ qalıb və xəstəxanaya yerləşdirilib.
5👍2👎1
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
8👍6🤮4👎1
🇮🇷🇺🇸 Omanda ABŞ-İran danışıqları başlayıb

▪️Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.

▪️İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
👎43🤮2
🗣XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

"Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür.

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik".

Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən üç il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🙏4👍1🤣1
❗️📢 “İdrak” liseyində silahlı insident — Son məlum olanlar:

▪️Fevralın 6-da saat 09:00 radələrində Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 10-cu sinif şagirdi Ə.Ş məktəbə atasına məxsus ov silahı ilə gələrək müəllimə atəş açıb.

▪️Hadisənin tənəffüs zamanı baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, açılan atəş nəticəsində güllə müəllimənin boyun nahiyəsinə dəyib. Zərərçəkən liseyin riyaziyyat müəllimi, 29 yaşlı Şəhla Kamilovadır.

▪️Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına əsasən, müəllimə dərhal Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ona odlu silah yarası diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi Cərrahiyyə şöbəsində davam edir.

▪️Polis əməkdaşları hadisəni törədən şagirdi saxlayıb, ov silahı maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

▪️Məlumata görə, şagirdin atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb, hazırda işsizdir. Eyni zamanda, müəlliməyə atəş açan şagirdin əvvəllər davranış problemləri olduğu, kompüter oyunlarına həddindən artıq maraq göstərdiyi və hadisənin bu təsirin nəticəsi ola biləcəyi ehtimal edilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7