Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.2K links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb.

Axar.az Sfera.az-a istinadən xəbər verir ki, artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb.

Belə ki, MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq bina ərazisinə səpələnib.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır.

Yaşayış kompleksində yaşayan vətəndaşlar bildirirlər ki, bina nisbətən yeni olmasına baxmayaraq, fasad elementlərinin bu qədər qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur. Onların sözlərinə görə, oxşar problemlərin digər binalarda da baş vermə ehtimalı narahatlıq yaradır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili araşdırma aparmasını, binanın texniki vəziyyətinin yoxlanılmasını və mümkün risklərin aradan qaldırılmasını tələb edirlər.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Mənzil İnşaat Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi və açıqlaması olduğu təqdirdə, tərəfimizdən ictimaiyyətə təqdim ediləcək.
3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️⚡️⚡️⚡️⚡️ Cəlilabadda qardaşı uşaqlarını baltalayan rayon sakini Əli Nağıyev həbsdə ölüb. APA-nın məlumatına görə, o, saxlanıldığı təcridxanada vəfat edib. Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.
Cəlilabadda qardașı uşaqlarını öldürən Əli Hüseynbala oǧlu Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb.

Report-un əldə etdiyi məlumata görə, bundan sonra o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu fevralın 3-də müalicə olunduğu xəstəxanada ölüb.

Xəstəxanadan bildirilib ki, fevralın 3-ü saat 00:10 radələrində1977-ci il təvəllüdlü kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
👌10👍92
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epşteyn sənədlərində zərərçəkənlərdən birinin Federal Təhqiqat Bürosuna verdiyi ifadə:

“Genişmiqyaslı insan alverinə məruz qaldım. Bu, mən hələ çox kiçik yaşlarda olarkən başladı. Vəkillər, hakimlər, nazirlər, kral ailələri, siyasətçilər, biznesmenlər tərəfindən dəfələrlə təcavüzə uğradım. Məni Epşteynə satdılar, o da məni seks köləsi etdi. Mənimlə uşaq p….. çəkdilər. İşgəncə edib, beynimi öldürməyə çalışdılar. Norveç kral ailəsinin üzvləri, Gunhild Stordalen, Petter Stordalen, Kjell Inge Rokke, Jens Stoltenberg, Jonas Gahr Store və digərləri mənə dəfələrlə təcavüz edib, komaya salmaq istədilər. Birlikdə hərəkət edirdilər.”

Adıçəkilənlər:

• Mette Marit - Norveçin vəliəhd şahzadəsi
• Gunhild Stordalen - məşhur norveçli həkim və xeyriyyəçi
• Peter Stordalen - norveçli milyarder
• Kjell Inge Rokke - Norveçin ən varlı biznesmeni
• Jens Stoltenberg - Norveçin maliyyə naziri, NATO-nun keçmiş baş katibi
• Jonas Gahr Store - Norveçin baş naziri
• Frederik - Danimarka kralı
• Sofia - İsveç şahzadəsi
• Thorbjorn Jagland - Norveçin keçmiş baş naziri
• Mona Juul - norveçli səfir və diplomat, BMT-dəki nümayəndə
😱8🤬21😁1
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 8-9 fevral tarixlərində Hörmüz boğazında planlaşdırdığı döyüş atışlı təlimləri ABŞ-ın xəbərdarlıqlarından sonra ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, qərar ABŞ-ın F-35 döyüş təyyarəsi tərəfindən Ərəbistan dənizi üzərində vurulan İran dronu və İran gəmilərinin ABŞ tankerini dayandırmaq cəhdləri fonunda qəbul olunub.
🤣521
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edib.
7
İcazə verin diqqətinizə çatdraq ki, ABŞ-İran danışıqlarının İstanbuldan Omana dəyişdirilməsi strateji səhvdir.

Axar.az xəbər verir ki, bunu iranlı media fəalı Qurbanəli Sələvatian özünün X hesabında yazıb.

“Türkiyə NATO-nun üzvüdür və Trampın yanında Ərdoğanın nüfuzu böyükdür. Türkiyə və Ərdoğanın beynəlxalq səviyyədə reytinqi və etibarı Omanla müqayisə olunmayacaq dərəcədə yüksəkdir”, - o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da baş tutması gözlənilən ABŞ-İran danışıqlarının məkanının Tehranın təkidi ilə İstanbuldan Omana dəyişdirildiyi haqda məlumat yayılıb.
7👍2
Bu il rezidentura imtahanları elektron formada olacaq.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.
Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.
Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:
"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🚕 Bursada taksi tapmadı, taksi dayanacağını dağıtdı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚗🌳 Ağac aşdı, sürücü son anda xilas oldu - ANBAAN GÖRÜNTÜLƏR

📍Hadisə Xırdalan şəhərində baş verib.
🙏111
❗️ Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək.

Rusiyadan səkkiz ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Yük vaqonları bu gün yola salınacaq.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) taxıl göndərilib.
👎42
❗️ DİM sədri: "2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər çıxarılıb"
😁21
❗️Narkoloji Mərkəz: Reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməli, dövlət nəzarəti olmalıdır
👍83👌2
🚨🚨🚨 Bakıda atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
3😨2
⚡️Ermənistan yaxın aylarda Azərbaycana məhsullar ixrac etməyə başlayacaq
🤬92🤔2😱1
🗣 Məleykə Abbaszadə Kamran Əsədovla bağlı danışdı: "Belələrinə yaxşı dərs olacaq"

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlara texniki vasitələrin keçirilməsi ilə bağlı aparılan araşdırmalarda bu işlə məşğul olan müəllimlər də var və belə şəxslər təhsil sistemindən uzaqlaşdırılmalıdır. O qeyd edib ki, Kamran Əsədovla bağlı məsələ digərləri üçün dərs olacaq və valideynlər anlayacaqlar ki, qeyri-qanuni yollarla nəticələri dəyişmək mümkün deyil.
😁31🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥Pakistanda bir gənc akkumulyatoru dişləmək qərarına gəlib və nəticədə cihaz gəncin ağzında partlayıb

Mağaza əməkdaşları alovu söndürüb. “Enerji batonları”nın həvəskarı isə yalnız qorxu ilə canını qurtarıb.
😱131
Səudiyyə Ərəbistanının bəzi küçələrində "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun itkin düşmüş şəxs kimi istehzalı posterləri peyda olub.
3🤮2
Moskva sakinlərindən metroda mobil telefonlarını göstərmək tələb olunacaq
🤣12