Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Polis kanalda batan azyaşlını belə xilas etdi

Kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o, xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının hazırda vəziyyəti qənaətbəxşdir.
👍29🙏8
Xankəndi şəhərində “Texniki Nəzarət” adlı şirkət yaradılıb.

Məlumata görə, şirkət Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsində 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.

Şirkətin qanuni təmsilçisi isə Abdullayev Elcan Söhrab oğludur.

Qeyd edək ki, E.Abdullayev uzun illər bank sektorunda fəaliyyət göstərib. O, “Kapital Bank”, “AFB Bank”, “Expressbank” və “Respublika Bank”da müxtəlif yüksək vəzifələrdə çalışıb. Bağlanmış “Deka Bank”da İdarə Heyətinin üzvü olub. O, 2022-ci ildən isə bank sektorundan ayrılıb.
"İran Air" şirkəti Tehran-İstanbul-Tehran uçuşlarının rəsmi olaraq 3 fevralda bərpa olunacağını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, aviaşirkət beynəlxalq ödəniş və hesablaşma sistemlərindəki nasazlıqlar, eləcə də İstanbul Hava Limanında yerüstü xidmətlə bağlı problemlər səbəbindən uçuşların 7 dekabr 2025-ci ildən dayandırıldığını açıqlayıb.
4
Media is too big
VIEW IN TELEGRAM
"Nəsimi" filmindən süni intellektlə yenidən işlənilmiş səhnə

Video: MammadQuliyev
8👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NATO-nun baş katibi Mark Rutte Ukraynada:
Sülh sazişi əldə olunan kimi silahlı qüvvələr meydana çıxacaq, təyyarələr havaya qalxacaq və dənizdə dəstək təmin ediləcək.
8😁3🥴1
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.
👍21
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
🙏51
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.
🤮21👍1😁1
Hindistanın “IndiGo” Hava Yolları bu ilin 28 fevralına kimi Azərbaycanla olan bütün uçuşları ləğv edib
👍9
Media is too big
VIEW IN TELEGRAM
Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
🙏5
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.
👍4😁4😱1