Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸⚡️NASA astronavtları Coş Kassada və Nikol Mann orbitdə günəş doğuşundan qısa müddət əvvəl Beynəlxalq Kosmik Stansiyadan Şimal Qütbünün parıltısını çəkiblər.
10
Forwarded from Mikroskop🔬
Media is too big
VIEW IN TELEGRAM
Yeni S-Class
“Mercedes-Benz” şirkəti altı ildən sonra “S-Class”ın yenilənmiş modeli təqdim edib. Yenilənmiş sedan gələn ildən satışa çıxarılacaq.
Avtomobilin sisteminə süni intellekt (Aİ) inteqrasiya olunacaq.
Yeni “S-Class”ın ilkin qiymətinin 121 min dollar olacağı bildirilir.

Daha maraqlı paylaşımlar görmək üçün kanalımıza abunə olun!
👍72
Enerji sahəsində atəşkəs başa çatdıqdan sonra Ukrayna yenidən kütləvi hücuma məruz qalıb. Əsas zərbələr Kiyev və Xarkova endirilib, çoxsaylı partlayışlar qeydə alınıb. Kiyevdə bir neçə rayonda qeyri-yaşayış binaları, uşaq bağçası və çoxmərtəbəli bina zərər görüb.

Xarkovda isə saatlarla davam edən hücumlar enerji infrastrukturunu hədəf alıb. Şəhər rəhbərliyi zədələrin ciddi olduğunu bildirərək, istilik şəbəkəsinin donmasının qarşısını almaq üçün 820 binada istilik daşıyıcısının boşaldılacağını açıqlayıb.

Partlayışlar Zaporojye, Dnepr, Odessa vilayəti və digər bölgələrdə də eşidilib.
👎7👍31
⚠️Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq
👍18🤮83😱1😍1🤣1
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 65,82 dollara, yüngül neft isə 61,74 dollara təklif edilir.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚧🚙🚘 Piyada keçidində insanların həyatını heçə sayan sürücülər: Anbaan görüntüləri.
4
⚡️⚡️⚡️⚡️⚡️Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍105
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️⚡️⚡️⚡️⚡️Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə…
DTX bildirir ki, Rusiya–Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı ilə bağlı faktlar müəyyən edilib.

Aparılan araşdırmalarla aşağıdakı şəxslərin döyüş əməliyyatlarında iştirak etdiyi sübuta yetirilib və onlar saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib:

Nəbiyev Real Eldəniz oğlu (1991)
Hüseynov Faris Famil oğlu (1993)
Məmmədov Ali Elnur oğlu (1994)
Mirhəşimli Murov Həsən oğlu
5🤣21
İran gərginliyi azaltmaq üçün nüvə proqramını dayandırmağa və ya bağlamağa hazırdır. Lakin ABŞ-ın dəstəklədiyi regional nüvə enerjisi konsorsiumu planına üstünlük verir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu yaxınlarda Əli Xameneinin Vladimir Putinə mesajını çatdırıb və 2015-ci il müqaviləsinə əsasən İranın zənginləşdirilmiş uranının Rusiyaya göndərilməsini təklif edib”, - məlumatda bildirilib.
11
Ceffri Epşteyn mənim seçkilərdə uduzmağım üçün bir yazıçı ilə gizli danışıqlar aparırdı.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mənim Epşteynlə heç bir əlaqəm yox idi”, - o bildirib.
🤡101
⚡️Gəncədə "Kəpəz"in futbolçusu bıçaqlanıb.

🚨2002-ci il təvəllüdlü Veysəl Rzayev bıçaq yaraları ilə xəstəxanaya aparılıb. O, əməliyyat olunub və vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Klubun mətbuat xidməti faktı təsdiqləyərək, onun vəziyyətinin ağır, lakin həyati təhlükəsi olmadığını qeyd edib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1😡1
🇦🇿 İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6😱1🤣1😡1
SN: Ölkədə meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb.
🙏3
Fevralın 3-ü saat 10:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.
2
Bu günə olan valyuta məzənnəsi