This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

🚒 FHN qüvvələri onbirmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğını qısa müddətdə söndürüb.

❗️Bina sakinləri təxliyə ediIib, xəsarət alan olmayıb.
🙏54👍2😢1
Tramp İranı hədələdiyi Truth Social paylaşımını profilinin yuxarısına sabitləyib.
5🤬5🤮1
⚡️Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub:

● Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

● Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

● Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
👍4👎1
Azərbaycanın hava məkanı və ya ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

Nazir bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
👍325😁4👌2
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
3👍2
❗️❗️Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍39👌8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıxanov qəsəbəsində küçə itləri ana və uşaqlarına h*ücum edib.
💔22🙏13👎53🤬2
Dünya bazarlarında neft bahalaşmaqda davam edir.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 69,96 dollara, yüngül neft isə 64,45 dollara təklif edilir.
1
❗️Göygöldə iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.
🙏6👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚽️Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adı bəlli olacaq.

Bu mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Liqa mərhələsini 22 pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq.

Qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👍4🤮1
Davosda qacar şahzadəsi Erik Trampla görüşüb

İran ətrafında gərginliyin artdığı bir vaxtda qacar şahzadəsi Sultan Babək Mirzə Xan Davosda ABŞ Prezidenti Donald Trampın oğlu Erik Trampla görüşüb.

Qeyd edək ki, Azərbaycan mənşəli Qacarlar sülaləsi
1795–1925-ci illərdə İrana hakim olub.
20🤣4👍1👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.
3
⚡️Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.
7👍3👌2
⚡️ "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

Prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.
😁63🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👀"Pepsi" "Coca-Cola"nı trollayıb: Məşhur qütb ayısını reklamında istifadə etdi

"Pepsi Super Bowl" üçün yeni reklam yayımlayıb və diqqətçəkən bir addım atıb: Çarxda "Coca-Cola"nın əsas simvolu sayılan qütb ayısından istifadə edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁8
Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Honqkonq pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.
1