Xəbər verdiyimiz kimi, ötən gecə Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə “Liverpul”la qarşılaşan “Qarabağ” bu gün Bakıya qayıdıb.
👍162❤‍🔥1🤮1
Media is too big
VIEW IN TELEGRAM
Dağıstanda t*rr*r aktları hazırlamaqda şübhəli bilinən iki nəfər zərərsizləşdirilib.

FSB Rusiyada qadağan olunmuş beynəlxalq t*rr*r təşkilatının tərəfdarlarının Dağıstanda planlaşdırdığı hücumların qarşısının alınması ilə bağlı görüntülər yayıb.

Şübhəli şəxslər saxlanılarkən müqavimət göstərdikləri üçün zərərsizləşdiriliblər.
4😡1
Sürücülərin diqqətinə!

⚡️Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran uçuş məsafəsi 2 000 km-ə qədər olan “Xorrəmşəhr” ballistik raketini rəsmi olaraq təqdim edib.

Raket maye yanacaqla işləyir və 1 500 kiloqrama qədər döyüş başlığı ilə təchiz olunub. Bu da onu İranın silah arsenalındakı ballistik raketlər arasında ən ağır döyüş başlığına malik raket edir. Həmçinin trayektoriyanın orta mərhələsində hədəfləmə sisteminin olduğu bildirilib.
👍19😁83🤮1👌1
⚽️UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.

Qeyd edək ki, bundan öncə “Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq açıq olan evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.

Diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍3
Media is too big
VIEW IN TELEGRAM
"Köhlən atlar" havalimanında böyük coşqu ilə qarşılandı
19👍3🤮2😁1
Media is too big
VIEW IN TELEGRAM
“Benfika” Çempionlar Liqasında “Real Madrid”i 4:2 hesabı ilə məğlub edib. Matçın 98-ci dəqiqəsində qapıçı Anatoli Trubinin vurduğu qol Portuqaliya klubuna pley-off mərhələsinə son vəsiqəni qazandırıb.
👍82
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı.
👍17🤮51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️Kolumbiyada təyyarə qəzası olub, 15 nəfər ölüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🙏4
Rusiyanın “Lukoyl” şirkəti ABŞ-ın “Carlyle” investisiya fondu ilə xarici aktivlərinin satışına dair razılaşma əldə etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, fond Qazaxıstandakı aktivlər istisna olmaqla, “Lukoyl İnternational GmbH” şirkətinin biznesini əldə edir:

“Sazişin məbləği açıqlanmayıb. Saziş ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməlidir, buna görə də “Lukoyl” digər potensial alıcılarla danışıqları davam etdirir”.
6🤬2
⚡️Paşinyan Rusiyaya Sədərək-Yerasx dəmir yolu ilə bağlı müraciət edib.

Regionda proseslər gedir və onları dayandırmaq mümkün deyil. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız gecikməyəcək. Eyni şey Axurik hissəsinə də aiddir. Əgər hansı səbəbdən rusiyalı tərəfdaşlarımız bu investisiyaları həyata keçirmək istəməsələr, biz bu hissələri geri alacağıq və hamısını özümüz həyata keçirəcəyik.
👌92
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı qızı diş həkimə gələrkən görüb və bəyənib. O, daha sonra Nüşabə (ad şərtidir) ilə danışaraq ona elçi göndərəcəyini bildirib.

Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib:

“Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə “hə” dedi”.

Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.
👎53😡1
Hər kəs UEFA Çempionlar Liqasında yazılan tarixdən məmnundur.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.

Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:

"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
😁42
İranda keçirilən etiraz aksiyalarında öldürülən 6372 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 17091 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 214-ü hökumət məmuru, 113-ü azyaşlı və 53-ü etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı, 43 486 nəfər həbs edilib.
🤬11😁21🤡1