Naxçıvan Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynlinin vəzifədən azad edildiyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz məlumat paylaşıb.
O bildirib ki, iddiaya görə, Ü.Hüseynov öz ərizəsi ilə istefaya göndərilib.
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tarixdə ilk: Rus əsgərlər robot kompleksinə təslim oldu
14🤔1
⚡️Financial Times:

· İran prezidenti ABŞ və ya İsrail tərəfindən ölkəyə yeni hücumların baş verəcəyi təqdirdə, zəruri malların tədarükünü artırmaq və hökumətin fəaliyyətinin davamlılığını təmin etmək üçün təcili tədbirlərin icrasına başlayıb.

O, hücum halında hökumətin fəaliyyətinin təmin edilməsi səlahiyyətlərini yerli orqanlara həvalə edib.

· Prezident Pezeşkian bildirib ki, səlahiyyətlər əyalətlərə ona görə ötürülür ki, qubernatorlar məhkəmə orqanları və digər qurumların rəsmiləri ilə birbaşa əlaqə saxlaya və müstəqil qərarlar qəbul edə bilsinlər.

· Məlumata görə, elan olunan tədbirlərə əsasən, qubernatorlara əvvəlki bürokratik prosedurları keçmədən, qonşu ölkələrlə barter kimi mexanizmlər vasitəsilə “xarici valyuta olmadan idxal” həyata keçirməyə icazə verilir.
4😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nigeriya prezidenti Türkiyədə Ərdoğanla görüş zamanı yıxıldı

Türkiyədə rəsmi səfərdə olan Nigeriya prezidenti Bola Tinubu Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş zamanı xalçaya ilişərək yıxılıb.
7😁7🙏2
ABŞ-nin kəşfiyyat fəaliyyətlərinə cavab olaraq İran da bölgədə kəşfiyyat aparır.

Qeyd edək ki, Abraham Lincoln “CVN-72” aviadaşıyıcısı və zərbə qrupu artıq bölgədədir.
13🤣6🤡1
“Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul” ilə keçiriləcək qarşılaşma ərəfəsində “Enfild” stadionunda oyunöncəsi məşqini keçirib.
14🙏7👍2👏1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp dollar haqqında:
İstəsəm, dolları yo-yo kimi yuxarı da qaldıra bilərəm, aşağı da sala bilərəm.
4
TƏCİLİ: Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi MbS İrana bildirib:

“Hava məkanımızın və ya ərazimizin hər hansı hərbi əməliyyat üçün istifadə olunmasına icazə verməyəcəyik.”
👍143👎3
⚡️ 🌨🌡 Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
👍1
Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
1
🇺🇸ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Şiddətli hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir göstərib, bəzi ərazilərə təxminən 40 sm qar yağıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Axar.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.

Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülür.