Ümumi tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı donub.
😱4😨32🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Siciliya adasında şəhərdə torpaq sürüşməsi baş verib

🔸 Sosial şəbəkələrdə İtaliyanın Siciliya adasında bir şəhərin bəzi hissələrinin uçduğunu göstərən görüntülər yayılıb. Güclü torpaq sürüşməsi nəticəsində yaşayış məhəllələri yamaclardan tamamilə aşağı düşüb.

🔸 Risk zonasında olan minlərlə sakin təxliyə edilib. Yerli hakimiyyət orqanları ölən və yaralananlar barədə məlumatın olmadığını bildirib.

🔸 Güclü yağışlar nəticəsində ba
🙏32
Moskvada güclü qar yağışı nəqliyyatın iflic olmasına səbəb olub. Kaluqa şossesi istiqamətində iri tıxaclar yaranıb, sərnişinlər bəzi hallarda avtobusları tərk edərək piyada hərəkət ediblər.

Şəhər üzrə çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınıb. Nəqliyyat Departamenti sakinləri şəxsi avtomobillərdən istifadə etməməyə və metroya üstünlük verməyə çağırıb. Sinoptiklər iki gün ərzində intensiv yağıntı və “narıncı” hava təhlükə səviyyəsi barədə xəbərdarlıq ediblər.
👍4🙏21
⚠️Bakıda ödənişli parklanma məntəqələri yaradılıb

Bakının Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Bundan başqa, yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎122👍1
Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
😱2🤮2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🪕 "Subway Surfers" azərbaycanlı gəncin sazda ifasını paylaşdı

Dünyanın ən məşhur mobil oyunlarından biri "Subway Surfers"in instaqram hesabı azərbaycanlı gəncin sazda ifasını paylaşıb.

4,6 milyon izləyiciyə sahib səhifədə oyunun orijinal musiqisi ifa edilir. Video qısa zamanda artıq 1 milyon izlənməyə çatır.
👍22🤮21
💵 Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı

Azərbaycandan Ermənistana dördüncü dərəcəli taxıl və dizel yanacağının idxalı ilə paralel olaraq, şəkər tozu idxalının təşkili üçün danışıqlar və praktiki işlər aparılır.

Bildirib ki, mövcud hökumətə yaxın oliqarx, Ermənistan parlamentinin keçmiş üzvü və şəkər idxalı inhisarçısı Samvel Aleksanyan bu məsələ ilə maraqlanır və onun arzusu tezliklə gerçəkləşəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎14👍7🤬3
Qohumunun evindən 56 min manatlıq oğurluq edən şəxs saxlanılıb
7👍2😢1
Ukraynanın Zaporojye şəhərində silahlı şəxs ətrafdakılara atəş açıb və daha sonra özünü güllələyib.
🤬5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gümrü–İrəvan yolunda 15 maşın toqquşdu: 10-dan çox yaralı var

Yolların buz tutması və duman səbəbindən Gümrü–İrəvan magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Belə ki 15 avtomobilin toqquşması nəticəsində 10 -dan çox insan yaralanıb.

Hazırda həmin istiqamətdə yol tamamilə nəqliyyatın hərəkəti üçün bağlanıb.
8👍1🙏1
DİM-dən yeni imtahan modeli ilə bağlı açıqlama