Avstraliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Təyyarə Qold-Kost hava limanı yaxınlığında yerləşən şəxsi uçuş-enmə zolağından havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb.

Aviqəza nəticəsində 73 yaşlı pilot və onun sərnişini hadisə yerində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb.
🙏3
⚡️MEDİA: Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılmışdır.

Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁21
❗️Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub
6😁1😱1
Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çində səfərdə olacaq.
👍71🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Filipp Kirkorov Aygün Kazımovanın ad gününü təbrik edib
🤮214👍1👎1
Bu gün günorta saatlarında İranın azad bazarında hər 1 ABŞ dolları 146 min 465 tümənə satılıb.

Axar.az xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.

Dollarla yanaşı avronun da qiyməti yüksələlərk 174 min 380 tümənə çatıb.

Azərbaycan manatının da qiyməti bahalaşıb və hər 1 AZN 86 min 200 tümənə satılıb.
5
🌨❄️🌡 Azərbaycanın bəzi bölgələrində 13 dərəcə şaxta gözlənilir

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
Ümumi tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı donub.
😱4😨32🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Siciliya adasında şəhərdə torpaq sürüşməsi baş verib

🔸 Sosial şəbəkələrdə İtaliyanın Siciliya adasında bir şəhərin bəzi hissələrinin uçduğunu göstərən görüntülər yayılıb. Güclü torpaq sürüşməsi nəticəsində yaşayış məhəllələri yamaclardan tamamilə aşağı düşüb.

🔸 Risk zonasında olan minlərlə sakin təxliyə edilib. Yerli hakimiyyət orqanları ölən və yaralananlar barədə məlumatın olmadığını bildirib.

🔸 Güclü yağışlar nəticəsində ba
🙏32
Moskvada güclü qar yağışı nəqliyyatın iflic olmasına səbəb olub. Kaluqa şossesi istiqamətində iri tıxaclar yaranıb, sərnişinlər bəzi hallarda avtobusları tərk edərək piyada hərəkət ediblər.

Şəhər üzrə çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınıb. Nəqliyyat Departamenti sakinləri şəxsi avtomobillərdən istifadə etməməyə və metroya üstünlük verməyə çağırıb. Sinoptiklər iki gün ərzində intensiv yağıntı və “narıncı” hava təhlükə səviyyəsi barədə xəbərdarlıq ediblər.
👍4🙏21
⚠️Bakıda ödənişli parklanma məntəqələri yaradılıb

Bakının Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Bundan başqa, yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎122👍1
Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
😱2🤮2