🔴 Azərbaycanda dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları LƏĞV EDİLDİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.

"Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları ləğv edilib", - deyə məlumatda vurğulanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İki rusiyalı qadın ABŞ-da “MakDonalds” restoranı axtararkən təsadüfən ABŞ hərbi bazasına daxil olub. Onlar altı aya qədər həbs cəzası ilə üzləşə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.

“Samaradan olan iki dost - Kristina və Nataşa ABŞ-da avtomobillə səyahət edirdilər. San Dieqoya gedən magistral yolda GPS onları ən yaxın “MakDonalds” restoranı əvəzinə Pendleton Dəniz Piyadaları Bazası Düşərgəsinin ərazisinə aparıb.

Onlar dərhal əsgərlər tərəfindən saxlanılıb, avtomobil isə müsadirə edilib. Qadınlar hərbi obyektə qanunsuz daxil olmaqda ittiham olunurlar. Hazırda təxminən üç gündür ki, həbsdədirlər”, - məlumatda bildirilib.
1👍1
📢 İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ

Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏17🔥1😱1
🗣️ İsrailin xarici işlər naziri: "Azərbaycanla strateji tərəfdaşlığımızı növbəti mərhələyə daşımaq istəyirik"

"Güclü iqtisadi əlaqələr xalqlar arasında və hökumətlər səviyyəsində yaxın münasibətləri əks etdirir. İnsanların münasibətləri gücləndikcə, ölkələr arasında əlaqələr də möhkəmlənir. Məhz buna görə Azərbaycana biznes və iqtisadi təşkilatları təmsil edən 40-dan çox nümayəndədən ibarət heyətlə gəlmişik".

Bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10🤬9👍4🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥Sumqayıtda avtomobil təmir sexində yanğın başlayıb
🙏41
🔵 Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁11👍2🤮21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prospektdə hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxdı

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq.
6👍3🙏2👀1
“Liverpul” klubu “Qarabağ”la oyun barədə sosial media hesabında paylaşım edib.

Bu paylaşımda Ağdam təmsilçisində 2 ulduzun əvəzinə, 1 ulduz olduğu görülür.

Həmin paylaşımı sizə təqdim edirik:
🤣136👍1😁1🤮1
🇺🇸ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatdı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍3🙏3🤩1
📝ABŞ prezidenti Donald Trampın Norveçin baş nazirinə göndərdiyi məktub sosial şəbəkələrdə tənqid mövzusuna çevrilib.

Məlumata görə, məktubda çoxsaylı qrammatik, üslubi və məntiqi səhvlər, eləcə də rəsmi yazışma etiketi ilə bağlı uyğunsuzluqlar yer alıb. Qeyd olunur ki, məktubun əvvəlində “Dear Jonas” (“Əziz Jonas”) müraciət forması işlədilib. Halbuki rəsmi işgüzar məktublarda “Dear Mr. Prime Minister” (“Hörmətli cənab Baş nazir”) kimi müraciət formasının daha doğru olduğu vurğulanır.

Nəticədə məktubun yazılışına ABŞ qiymətləndirmə sisteminə uyğun olaraq D+” balı verildiyi bildirilir. Bu isə minimum keçid balı hesab olunur.

Qeyd edək ki, məlumat sosial şəbəkə paylaşımlarında yer alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣81🤡1
CENTCOM:

Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu hazırda Yaxın Şərqdə regional təhlükəsizliyi və sabitliyi təmin etmək məqsədilə yerləşdirilib.”
😁4🤬2🤮1
ABŞ-nin Bağdaddakı səfirliyinin paylaşımı:
😁83
BƏƏ Xarici İşlər Nazirliyi ölkənin hava məkanının, ərazisinin və ya ərazi sularının İran əleyhinə düşmən hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.
👍102
⚡️Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
🙏42
❗️İranın təhlükəsizlik qüvvələri etirazların bəzi liderlərini müəyyənləşdirərək həbs ediblər.

Bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Silah əldə etmək üçün hərbi və hüquq-mühafizə mərkəzlərinə hücum edənlər vətəndaş müharibəsinə can atırlar" , - Laricani bildirib. Onun sözlərinə görə, İranın düşmənləri ölkədə fövqəladə vəziyyət yaratmaq istəyiblər.

O, ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: "Şübhəsiz ki, iqtisadi problemlər mövcuddur və hökumət bunu həll etməlidir, lakin düşmənin öz məqsədlərinə çatmaq üçün bu platformadan istifadə etdiyini qeyd etmək lazımdır".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3😡3👍2