Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.
👍2🤬1
Hazırda Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.

- Səhiyyə Nazirliyi
6🙏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Diqqət yayındısa, qəza baş verə bilər

📵 Sükan arxasında telefondan və ya digər diqqət yayındıran vasitələrdən istifadə etmək təhlükəlidir!

🔴 Unutmayaq ki, hərəkət zamanı bir saniyə diqqətin yoldan yayınması ölüm və xəsarətlə nəticələnən hadisəyə zəmin yaradır.
👍1😱1😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Qarabağ Çempionlar Liqasının Liqa məhələsinin 8-ci turunda "Liverpul"la matç üçün İngiltərəyə yola düşüb.

Ağdam təmsilçisi bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Liverpul şəhərinə yollanıb.

Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.
11🙏5🤡1
Azərbaycanlı xilasedici Sima Səfərova Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquanı (6,962m) fəth edib.
👍285😍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
"Qarabağ Çempionlar Liqasının Liqa məhələsinin 8-ci turunda "Liverpul"la matç üçün İngiltərəyə yola düşüb. Ağdam təmsilçisi bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Liverpul şəhərinə yollanıb. Xatırladaq ki, “Liverpul” - “Qarabağ”…
İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

Axar.az xəbər verir ki, matçı slovakiyalı FİFA referisi İvan Krujlyak idarə edəcək.

Onun köməkçiləri həmyerliləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də saat 00:00-da start götürəcək.
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Adı “Qırmızı kitab”a düşən, nəsli kəsilməkdə olan çöl pişiyi Kəlbəcərdə görünüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15👍7
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.
👎31👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇦🇿 “Qarabağ” “Liverpul” səfərinə yola düşdü

Qurban Qurbanov matç öncəsi fikirlərini media nümayəndələri ilə bölüşdü
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍163😱1🙏1
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.
👍172😁1😱1👌1🤡1
🔴 Azərbaycanda dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları LƏĞV EDİLDİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.

"Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları ləğv edilib", - deyə məlumatda vurğulanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İki rusiyalı qadın ABŞ-da “MakDonalds” restoranı axtararkən təsadüfən ABŞ hərbi bazasına daxil olub. Onlar altı aya qədər həbs cəzası ilə üzləşə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.

“Samaradan olan iki dost - Kristina və Nataşa ABŞ-da avtomobillə səyahət edirdilər. San Dieqoya gedən magistral yolda GPS onları ən yaxın “MakDonalds” restoranı əvəzinə Pendleton Dəniz Piyadaları Bazası Düşərgəsinin ərazisinə aparıb.

Onlar dərhal əsgərlər tərəfindən saxlanılıb, avtomobil isə müsadirə edilib. Qadınlar hərbi obyektə qanunsuz daxil olmaqda ittiham olunurlar. Hazırda təxminən üç gündür ki, həbsdədirlər”, - məlumatda bildirilib.
2👍2
📢 İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ

Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏19🔥1😱1
🗣️ İsrailin xarici işlər naziri: "Azərbaycanla strateji tərəfdaşlığımızı növbəti mərhələyə daşımaq istəyirik"

"Güclü iqtisadi əlaqələr xalqlar arasında və hökumətlər səviyyəsində yaxın münasibətləri əks etdirir. İnsanların münasibətləri gücləndikcə, ölkələr arasında əlaqələr də möhkəmlənir. Məhz buna görə Azərbaycana biznes və iqtisadi təşkilatları təmsil edən 40-dan çox nümayəndədən ibarət heyətlə gəlmişik".

Bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11🤬9👍4🤮1