This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️Filippində sərnişin bərəsi qəzaya uğrayıb: azı 15 nəfər ölüb, 28 nəfər itkin düşüb

Filippində sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub, 28 nəfər isə itkin düşüb.

Sahil Mühafizəsinin məlumatına görə, göyərtəsində 322 sərnişin və 27 ekipaj üzvü olan MV Trisha Kerstin 3 bərəsi Mindanao adasından Xolo adasına doğru hərəkətdə olub. Bərə yerli vaxtla saat 01:50-də fövqəladə vəziyyət siqnalı göndərib və bundan sonra batmağa başlayıb.

Hadisə nəticəsində 316 nəfərin xilas edildiyi bildirilir. Hazırda itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3🙏3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib
🇮🇱🇦🇿İsrail XİN naziri: Azərbaycan və İsrail strateji münasibətlərini gücləndirir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18👎12🏆1
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyanı Milli Günü münasibətilə təbrik edib.
6😁2👍1
İlham Əliyev Avstraliyanın general-Qubernatorunu təbrik edib
5👍1😱1
⚡️⚡️İsrailin xarici işlər naziri:

● İlham Əliyev xalqını təsirli nailiyyətlərə aparan uzaqgörən bir liderdir.

● Mən Bakıya bir çox sektorları təmsil edən İsrail şirkətlərindən və iqtisadi təşkilatlarından ibarət yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti ilə gəlmişəm.

● Qarşılıqlı məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığımızı dərinləşdirməkdir.

● Azərbaycanla strateji münasibətlərimizi gücləndiririk!
15🤬5👍1😱1
🇦🇿🇮🇱Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14🤬71
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Braziliyada hazırda həbsdə olan keçmiş prezident Jair Bolsonaroya dəstək aksiyası zamanı etirazçıları ildırım vurub.
🙏5🔥2
İmişlidə yanan evdə kişi meyiti aşkar edilib.

Axar.az APA-ya ya istinadən xəbər verir ki, İmişli sakini Sürahi Quliyevaya məxsus 3 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib.

Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
4🙏4😢3
Yeni “Yığ, apar!” lotereyası artıq satışda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” bir-birindən maraqlı və əyləncəli yeni “Poz-Qazan” oyunları ilə sevindirməyə davam edir.

Bu dəfə “Azərlotereya” “Yığ, apar!” lotereyasını təqdim edir. Biletlər artıq satışdadır.
Qiyməti 1 manat olan lotereya biletlərinin ümumi sayı 20 000 000 ədəddir. Onlardan 4 815 750 ədədi uduşludur. Cəmi uduş məbləği isə 12 646 000 (63,23%) təşkil edir

“Yığ, apar!”da sadəcə 1 manata toplam 12 milyon manatdan çox uduş şansı var. 10 ədəd biletdə isə 5000 manatlıq böyük uduş sahiblərini gözləyir.
Çoxlarının sevimlisi olan digər “Poz-Qazan” oyunlarında da 5 000-dən 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.
Biletləri “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
😡9🤬53🤮2
İsrailin xarici işlər naziri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
👍22👎13
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı dünyasını dəyişib.

2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

O.Məhərrəmovun xaricdə təlimdə olarkən həyatını itirdiyi bildirilir.
🙏8😭43😢1
Bakıda yanvarın 27-də bəzi yerlərdə çiskinli yağış, rayonlarda isə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sumqayıtdakı alma olayı “Komedixana”da
👍40🤮51
⚡️İsrailin XİN rəhbəri: İran rejimi öz xalqını qırır. Onlar öz insanlarına qarşı belə davranırlar. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar? Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun.
🤮179👍5👎1