Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.5K subscribers
34.6K photos
20.4K videos
7 files
31.9K links
Download Telegram
🇷🇺RBK: Rusiya bu ay 3 milyard dollarlıq neft-qaz gəlirindən məhrum olacaq

Məlumata görə, yaranan gəlir itkisini kompensasiya etmək məqsədilə Maliyyə Nazirliyi Milli Rifah Fondunun vəsaitlərindən aktiv şəkildə istifadə edir. Büdcə qaydaları çərçivəsində nazirlik xarici valyuta və qızıl satışına başlayacaq.
4👍1
Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) İrəvana təhvil verib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.

“Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, - o bildirib.
👍102🔥1
Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.
7👍1
Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.

Bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İmtahanlar yanvarın 31-də paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Eksternat imtahanlarında iştirak etmək üçün Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.
3
⚡️Kreml Əbu-Dabidəki Ukrayna, ABŞ və Rusiya arasında görüş barədə:

· Rusiya nümayəndə heyəti Abu-Dabidəki üçtərəfli görüşdə tamamilə Rusiya Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət olacaq.

· Danışıqların dəqiq başlanma vaxtı iştirakçıların gəlməsinə uyğun müəyyənləşdiriləcək.
3
Tiktok ABŞ-a məxsus investorlar qrupu tərəfindən idarə olunacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” şəbəkəsində yazıb.

“Tiktokun xilas edilməsində kömək etdiyim üçün çox xoşbəxtəm. İndi o, amerikalı investorlardan ibarət bir qrup tərəfindən idarə olunacaq və vacib bir səs rolunu oynayacaq.

Tiktok mənim 2024-cü il prezident seçkilərində gənclərdən daha çox səs almağımda kömək edib. Ümid edirəm ki, gələcəkdə Tiktok istifadəçiləri məni xatırlayacaq”, - Tramp bildirib.
❤‍🔥2
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
4👍1🤬1
Ceyhun Bayramov İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. 
 
Görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
2👍2🤮2
Media is too big
VIEW IN TELEGRAM
Şəmkirin Qaracəmirli kəndində 50 il sonra məzunlar görüşüb.
20👍6🤣41
İspaniya ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasında iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes açıqlama verib.

Sançez Madridin iştirakdan imtina etməsinin əsas səbəbləri kimi beynəlxalq hüquqa, BMT-yə və çoxtərəfliliyə sadiqliyini göstərib.
7👍2
⚡️Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb.
👍53
Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın ad günüdür.

Kult.az xəbər verir ki, Prezidentin gəlini Alyona Əliyeva Arzu Əliyevanın ad günü ilə bağlı paylaşım edib.

O, İnstaqram hesabında birlikdə fotolarını paylaşaraq yazıb:

“Əziz Arzu xanım, ad gününüz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.
10👍4🤬3😱2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində svetoforun qırımızı işığında keçdi.

🔸 Sürücü və sərnişini xəsarət aldı;
🚦 1 ədəd svetofor yarasız vəziyyətə düşdü;
🚘 Prospektdə nəqliyyat sıxlığı yarandı.

📍 Eyni gündə ikinci qəza baş verdi.
🚦Nəticədə: 1 ədəd svetofora zərər dəydi.

🛠 NİİM-in əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
5
Türkiyə yığmasının sabiq üzvü qəzada öldü, Azərbaycan vətəndaşı saxlanıldı
🙏4
🇨🇳🇺🇸 Tramp apreldə Çinə, Si Szinpin isə ilin sonunda ABŞ-a səfər edəcək
1👍1🤣1
🚨 DİN-də 2025-ci ilin yekunları müzakirə edilib:

▪️ Ötən il 32 minə yaxın cinayət qeydə alınıb, bağlı qalmış 355 cinayət açılıb.

▪️ Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib.

▪️ Narkotiklə bağlı 88 cinayətkar qrup zərərsizləşdirilib.

▪️ Erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

▪️ Beynəlxalq axtarışa verilmiş 122 nəfərin yeri müəyyən olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍32😱1