Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.5K subscribers
34.6K photos
20.4K videos
7 files
31.9K links
Download Telegram
⚡️🇮🇷 İranın insan haqları təşkilatı "HRANA" bildirib ki, İranda kütləvi etirazlar zamanı ölənlərin sayı 15.000-ə yaxınlaşır.

📍 Belə ki, indiyə qədər 5.002 ölüm faktı təsdiqlənib, daha 9.787 nəfərlə bağlı araşdırma aparılır.

📍 7.391 nəfər ağır yaralanıb, 26.852 nəfər isə həbs edilib.
2😢2😡2
Gürcüstanda "Strategiya Aqmaşenebeli" Siyasi Birliyinin lideri Georgi Vaşadze həbsxanadan çıxıb.
2
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.

Bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib.

2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

İqtisadiyyat.az
4👍2👎2
Phuket–Barnaul marşrutu üzrə uçan sərnişin təyyarəsi Çin hava məkanı üzərində qəza siqnalı verib və Lanzhou şəhərində məcburi enişə hazırlaşır.

Azur Air-in RT-yə açıqlamasına görə, təyyarənin göyərtəsində 238 sərnişin var.
1😱1🙏1
NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

▪️Bu barədə İsveç səfirliyinin NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana səfəri barədə paylaşımında bildirib.
8👎3👍2
⚡️Kobaxidze: Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayır.
7👎2
Sülh sazişindən sonra Aİ-nin Ermənistandakı missiyasına ehtiyac qalmayacaq

▪️Bunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib.
👍7😁1
📢📢📢 Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması təklif olunur.

Milli Məclisdə müzakirə edilən qanun layihəsinə əsasən, 2015-ci ildən dayandırılan yoxlamaların müddəti 2027-ci il yanvarın 1-dək artırıla bilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🤣4👍2
🇷🇺RBK: Rusiya bu ay 3 milyard dollarlıq neft-qaz gəlirindən məhrum olacaq

Məlumata görə, yaranan gəlir itkisini kompensasiya etmək məqsədilə Maliyyə Nazirliyi Milli Rifah Fondunun vəsaitlərindən aktiv şəkildə istifadə edir. Büdcə qaydaları çərçivəsində nazirlik xarici valyuta və qızıl satışına başlayacaq.
4
Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) İrəvana təhvil verib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.

“Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, - o bildirib.
👍82🔥1
Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.
7👍1
Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.

Bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İmtahanlar yanvarın 31-də paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Eksternat imtahanlarında iştirak etmək üçün Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.
2
⚡️Kreml Əbu-Dabidəki Ukrayna, ABŞ və Rusiya arasında görüş barədə:

· Rusiya nümayəndə heyəti Abu-Dabidəki üçtərəfli görüşdə tamamilə Rusiya Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət olacaq.

· Danışıqların dəqiq başlanma vaxtı iştirakçıların gəlməsinə uyğun müəyyənləşdiriləcək.
3